Siyasət

Monarxiyanı devirərək qurulan İslam Respublikasında niyə oğul Xamenei ali lider seçildi?

11 Mart, 2026
176

Foto: sosial media

ABŞ və İsraillə gərginliyin artdığı bir vaxtda İran yeni ali lider seçdiyini açıqladı.

Martın 9-da bu ölkənin ekspertlər şurası hücumlar zamanı öldürülən keçmiş ali lider Seyid Əli Xameneinin yerinə onun oğlu Müctəba Xameneinin seçildiyini açıqladı. 

Bu qərar İranda və beynəlxalq mediada müzakirələrə səbəb olub.  Çünki İran İslam Respublikası 1979-cu ildə monarxiya sisteminin devrilməsi ilə bərqərar olmuşdu. İslam Respublikasının ideologiyası isə ali liderin irsi varislik yolu ilə deyil, dini mövqeyinə və sübut olunmuş liderliyinə görə seçilməli olduğu prinsipinə əsaslanır.

56 yaşlı M.Xamenei isə heç vaxt dövlətdə vəzifə tutmayıb və ictimaiyyətə açıq çıxışlar etməyib. 

Buna baxmayaraq, bəzi müşahidəçilər onun siyasoi qərarlara təsir imkanlarının olduğunu deyirlər.

2000-ci illərin sonlarında “WikiLeaks” tərəfindən dərc edilmiş ABŞ diplomatik teleqramlarında M.Xamenei rejim daxilində "bacarıqlı və güclü" bir fiqur, "ipləri əlində tutan güc" kimi təsvir olunur. 

2005-ci ildə İranda prezident seçkilərində namizəd olmuş Mehdi Karubi Ə.Xameneiyə açıq məktub yazaraq oğlunu İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) istifadə etməklə seçkilərə müdaxilədə ittiham etmişdi. 2009-cu ildəki prezident seçkilərinin nəticəsini “çevriliş” adlandıran və 7 il həbs cəzası alan daxili işlər nazirinin müavini Mustafa Taczadə də həbsinin arxasında M.Xameneinin dayandığını demişdi. 

İranın ekspertlər şurasının üzvlərindən biri də iki il əvvəl verdiyi açıqlamada Ə.Xameneinin oğlunun gələcəkdə ali liderliyə namizəd olması fikrinə qarşı çıxdığını bildirmişdi. 

Bəs dəyişən nə idi?

Müşahidəçilər İranda hazırda qanlı münaqişənin getməsinə, habelə M.Xameneinin atasını, anasını və həyat yoldaşını ABŞ-İsrail hücumları nəticəsində itirməsinə diqqət çəkir. 

Atası kimi Qərblə münasibətlərdə sərt xətt tərəfdarı olan M.Xameneinin atasının xarici siyasətini davam etdirəcəyi gözlənilir. O hələ ki ictimaiyyət üçün çıxış etməyib, lakin çıxış edən bütün iranlı rəsmilər birmənalı olaraq ABŞ-dən atəşkəs istəmədiklərini və hücumlara cavab verməyə davam edəcəklərini bildirirlər. 

İranda ali liderin seçimində “mənim razılığımı almalıdırlar” deyən ABŞ prezidenti Donald Trampın da istəmədən M.Xameneinin seçimində rol oynadığı deyilir. Belə ki, Tramp seçimdən əvvəl bir neçə dəfə oğul Xameneini “yüngülçəkili fiqur” adlandırmış və onun seçiminin qəbuledilməz olacağını demişdi. 

Təhlilçilər isə məhz bu çıxışların İranda Xamenei soyadlı yeni ali liderin seçilməsinə töhfə verdiyini deyir. 

“Trampın bəyanatları Müctəba Xameneinin seçilməsi üçün lazım olan əsl dəstək mesajı idi. Çünki iranlılar onu seçməklə ABŞ-yə qarşı birbaşa və total itaətsizlik nümayiş etdirdiklərini bildirirlər. Bütün ailəsini hücumlarda itirmiş adamı ali lider seçməklə ABŞ-yə “barışığa yox” mesajı göndərdilər”, - Kuinsi İnstitutunun vitse-prezidenti, iranlı siyasi təhlilçi Trita Parsi deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo