Siyasət

Moskvada miqrantlara nəzarət üçün mobil tətbiq qüvvəyə minir 

26 Avqust, 2025
68

Foto: açıq mənbə

Sentyabrın 1-dən etibarən Moskvada yaşayan miqrantlar “Amina” adlı xüsusi mobil tətbiq vasitəsilə yaşayış yerlərini təsdiq etməli olacaqlar. 

Moskva meri Sergey Sobyaninin “Komsomolskaya Pravda” qəzetinə dediyinə görə, bu addım miqrasiya sahəsində nəzarəti gücləndirmək üçün atılıb. 

Əlavə olaraq, miqrantlara QR kodlu elektron miqrant kartı veriləcək. Polis bu kart vasitəsilə bir şəxs haqqında ölkədə qalma müddətindən tutmuş qanun pozuntularına qədər bütün məlumatları yoxlamaq imkanına malik olacaq. 

"Söhbət Moskva vilayətində olan milyonlarla miqrantdan gedir və nəzarət üçün ciddi texnoloji həllər tələb olunur. Bütün bunlar mütləq bu sahədə nizam-intizamı yaxşılaşdıracaq", - Sobyanin bildirib. 

Moskva meri şəhərə gələn miqrantların biometrik məlumatlarının qəbulunun da artıq bir müddətdir aparıldığını deyib. 

“Miqrantlara biometrik nəzarət bütün hava limanlarında tətbiq edilib: Şeremetyevo, Vnukovo, Domodedovo Jukovski. Sərhədi keçməzdən əvvəl miqrant biometrik məlumatları - fotoşəkil və barmaq izlərini təqdim edir. Sonra Miqrasiya Mərkəzində onun genom məlumatlarını alırıq. Bu biometrik məlumatlar miqrantlara daha çox nəzarət etmək üçün Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin məlumat bazasının əsasını təşkil edir”, - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

OCCRP: Azərbaycan Belarusdan aldığı silahlarla erməni dronlarını məhv edib

28 Avqust 2025

Foto: mod.gov.az

Azərbaycan Belarusdan aldığı havadan müdafiə sistemi ilə İkinci Qarabağ Müharibəsi zamanı erməni dronlarını məhv edib.  Bu barədə Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) avqustun 26-da dərc etdiyi məlumatda bildirilir. Xəbərə əsasən, Belarusun özəl silah istehsalçısı olan "Tetraedr" şirkəti Azərbaycanı zenit-raket sistemlərini modernləşdirməyə imkan verən avadanlıq və xidmətlərlə təmin edib. Bu məlumat OCCRP və tərəfdaşları – Ermənistanda "Hetq" saytı və mühacirətdə olan belaruslu jurnalistlərin yaratdığı "Buro Media" tərəfindən əldə edilən, şirkətə məxsus eksklüziv fayllarda öz əksini tapıb.  "Tetraedr"in bir daxili hesabatında qeyd olunur ki, Azərbaycan tərəfindən alınan hava hücumundan müdafiə sistemi 44 günlük müharibə zamanı Ermənistan dronlarının məhv edilməsində “fəal...
Siyasət

Netanyahu: "Erməni soyqırımı"nı tanıyıram 

28 Avqust 2025

Foto: Yonatan Sindel

İsrail baş naziri Benyamin Netanyahu "erməni soyqırımı"nı tanıdığını deyib.  ABŞ-dən olan erməni və assuriyalı əsilli aparıcı Petrik Bet-Deyvidin "YouTube" verilişinə qonaq olan baş nazirə bu sual ünvanlanıb.  Netanyahu cavabında yanlış olaraq İsrail parlamenti Knessetin  soyqırımının tanınması barədə qətnamə qəbul etdiyini bildirib.  Bet-Deyvid məhz baş nazirin özünün soyqırımını tanıyıb-tanımadığını soruşduqda, Netanyahu cavab verib: "Tanıdım. Buyurun."  Knesset bir neçə dəfə "erməni soyqırımı"nın tanınmasını müzakirəyə çıxarsa da, bunu qəbul etməyib.  Dünyada 30-dan çox ölkə 1915-23-cü illərdə Osmanlı dövləti ərazisində ermənilərə qarşı qətliamları "soyqırımı" kimi tanıyıb.  Netanyahunun açıqlaması İsraillə Türkiyə arasında münasibətlərin gərgin olduğu dövrə təsadüf edir. Türkiyə Osmanlının varisi kimi "erməni soyqırımı" iddiasını...

Seçilmiş Videolar

Toplum TV loqo