Parlament “milli maraqlara zidd hallarda” investisiyaların dövlət tərəfindən alınmasını qanuniləşdirir
Foto: meclis.gov.az
Milli Məclis "milli maraqlara zidd olan müstəsna hallarda" strateji investisiyaların dövlət tərəfindən alınmasını qanuniləşdirir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin fevralın 13-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, dövlət investisiyaları investordan yalnız iki əsasla ala bilər: dövlət ehtiyacları üçün (dövlət əhəmiyyətli yolların, müdafiə əhəmiyyətli obyektlərin tikintisi üçün və s.) və rekvizisiya məqsədilə (təbii fəlakətlər və fövqəladə xarakter daşıyan digər hallarda).
Hər iki halda investisiyanın dəyəri qanuna uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilməlidir.
Təklif olunan dəyişikliyə əsasən isə, "Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə" investisiyalar dövlət tərəfindən alına bilər.
Azərbaycan qanunvericiliyində isə "milli maraqlar və mənafeləri" tərif edən müddəalar yoxdur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”