Foto: Reuters
Polşa ordusu hava məkanını pozan Rusiya dronlarını vurub.
Bu, NATO üzvü olan ölkənin Rusiyaya qarşı ilk belə addımıdır.
“Bu hücum vətəndaşlarımızın təhlükəsizliyi üçün real təhdid yaradan bir aqressiya aktıdır", - deyə Polşanın Əməliyyat Komandanlığı sentyabrın 10-u səhər "X" səhifəsində yaydığı paylaşımda bildirib.
Bildirilir ki, dronlar Ukrayna üzərinə hücuma gedərkən Polşa hava məkanını pozublar.
Baş nazir Donald Task “Polşa hava məkanının bir neçə dəfə pozulması ilə bağlı” hərbi əməliyyatın davam etdiyini təsdiqləyib və bildirib ki, “ordu yad obyektlərə qarşı silah işlədib.”
“Vətənimizin təhlükəsizliyi bizim üçün ən yüksək prioritetdir”, - deyə prezident Karol Navrotski "X"-də bildirib və əlavə edib ki, qarşıdakı saatlarda Polşanın Milli Təhlükəsizlik Bürosunun iclasını keçirəcək.
Ukrayna müharibəsinin sonlandırılması üzrə danışıqların dalana dirənməsi fonunda Rusiya son günlərdə hücumların miqyasını artırıb.
Son günlərdəki hücumlar əsasən Ukrayna ərazisində və paytaxt Kiyev yaxınlığında yaşayış məntəqələrini hədəfə alıb. Ukrayna rəsmiləri bildirib ki, sentyabrın 9-da Donetsk regionunun Yarova kəndinə edilən Rusiya zərbəsində 24 mülki şəxs həlak olub.
Ötən həftəsonu Rusiya indiyə qədərki ən böyük hücumunu həyata keçirərək Ukrayna üzərinə 800-dən çox dron göndərib və ilk dəfə olaraq Kiyevdə hökumət binasını vurub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: parliament.am
Foto: Habertürk
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib