Siyasət

Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib

25 Noyabr, 2025
1322

Foto: dtx.gov.az

Azərbaycan prezidentinin rəsmi saytı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkə sakinlərindən şəxsi məlumatları yığacağı haqda sənəd dərc edib, lakin qısa müddət sonra silib. 

Bu barədə "OC Media"nın yazısında göstərilir ki, DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə (MİRAS) başlıqlı sənəd noyabrın 21-də Bakı vaxtı ilə saat 16:14-də saytda dərc olunub, lakin bir saat sonra onu tapmaq mümkün olmayıb. 

MİRAS-da DTX-nin yeni mərkəzləşdirilmiş sistem vasitəsilə vətəndaşlardan şəxsi məlumatları necə toplayacağı və onlara necə çıxış əldə edəcəyi ilə bağlı ətraflı qaydalar göstərilib.

Sistemi rəsmi olaraq təsis edən və dövlət qurumlarına öz məlumat bazalarını sistemə inteqrasiya etməyi tapşıran prezident fərmanı isə hələ də saytda qalır. 

MİRAS-da məlumat bazasına hansı geniş həcmli məlumatların daxil olunacağı qeyd olunub. Bunlara şəxslərin identifikasiya məlumatları, müşahidə sistemlərindən əldə edilən məkan məlumatları, habelə ailə, iş, təhsil, fiziki və psixi sağlamlıq vəziyyəti haqda məlumatlar daxildir. 

Əsasnamə çoxsaylı yarımbəndləri olan səkkiz bənddən təşkil olunub və DTX-ni yaradılacaq sistemin həm sahibi, həm də operatoru kimi müəyyənləşdirib. 

1-ci bənd hüquqi çərçivəni müəyyən edir və sistemdə "yaradılan, əldə edilən və toplanan məlumatlar və elektron sənədləri Azərbaycan Respublikasının mülkiyyəti" kimi tanıyır. 

2-ci bənd sistemin texniki quruluşunu səkkiz yarımbənd üzrə ətraflı təsvir edib. Sistem proqram və aparat təminatı, DTX ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə idarə edəcəyi xüsusi telekommunikasiya kanalları, DTX-nin məlumat mərkəzindəki ehtiyat ("backup") məlumat saxlama sistemi və ilkin sınaqlar üçün nəzərdə tutulmuş test mühitləri üzərində qurulub. 

Əsasnamədə göstərilir ki, məlumatlar mümkün olduqca birbaşa Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə sistemə avtomatik daxil olacaq. Avtomatik ötürülmə mümkün olmadıqda isə sənədlər elektron panel vasitəsilə sistemə əllə daxil olunacaq. 

4-cü bənd sistemə giriş protokollarını təsvir edir. Öz məlumat bazası olan dövlət qurumları EHİS vasitəsilə sistemə avtomatik qoşulur. Belə bazaları olmayan qurumlar elektron panellər vasitəsilə sistemə giriş əldə edir və məlumatları sistemə əllə daxil edəcək məsul şəxslər qurum rəhbərləri tərəfindən təyin olunur.

Prezident Administrasiyası və ya DTX silinmiş MİRAS ilə bağlı ictimaiyyətə açıqlama verməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo