Siyasət

Ramiz Mehdiyevin məhkəməsi başlayıb

21 Sentyabr, 2026
20

sosial media

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.

Məhkəmə işin baxışa təyin edilməsi barədə qərar qəbul edib. Növbəti iclasın tarixi açıqlanmayıb.

Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi açılıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Bu müddət sonradan bir neçə dəfə uzadılıb.

Həmin ilin noyabrında bu iş üzrə Eldar Əmirov da saxlanılıb. Noyabrın 29-da isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Ali Məclisinin katibi Məmməd İbrahim həbs olunublar.

DTX-nin 2026-cı il əvvəlində işlə bağlı yaydığı açıqlamada R.Mehdiyev, Ə. Kərimli və M.İbrahimlə yanaşı, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun və digər şəxslərin də adları çəkilib. Qurum həmin şəxslərdən bəzilərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək məqsədilə fəaliyyət göstərdiyini iddia edib.

Əli Kərimli və Məmməd İbrahim konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Onlar ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Qızı: “Tofiq Yaqublu dörd həftədir həyat yoldaşına etibarnamə verə bilmir”

21 Sentyabr 2026

sosial media

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun həyat yoldaşına etibarnamə verməsi məsələsi dörd həftədir həll olunmur. Bu barədə siyasətçinin qızı Nigar Həzi qsentyabrın 21-də atası ilə telefon danışığından sonra sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, Yaqublu həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəsə də, aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atırlar. “Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da deyirlər Penitensiar Xidmət. Uzun sözün qısası, o, bunun üstünə atır, bu da onun. Hələ də anam etibarnaməni ala bilməyib”, - N.Həzi qeyd edib. O, həmçinin atasına həbsxanada təzyiqlərin artdığını və saxlanma şəraitinin dözülməz həddə çatdığını...
Siyasət

Yaxınları: “Fazil Qasımov məhkəməyə aparılmadığı üçün quru aclığa başlayıb”

21 Sentyabr 2026

sosial media

Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov şikayətinə baxılan Nərimanov Rayon Məhkəməsinin iclaslarına aparılmamasına etiraz olaraq sentyabrın 19-da quru aclığa başladığını bildirib. Bu barədə onun yaxınları “Toplum TV”yə məlumat veriblər. Qasımov iddia edir ki, ibtidai istintaq zamanı müdafiəsinə qoşulmaq istəyən vəkillərdən imtina ərizəsi onun adından müstəntiq Yusif Yusifov tərəfindən yazılıb və imzası saxtalaşdırılıb. O, bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Yaxınlarının sözlərinə görə, şikayət dörd aydır məhkəmənin icraatında olsa da, Qasımov iclaslara aparılmır. O, Penitensiar Xidmətin və konvoy əməkdaşlarının müxtəlif bəhanələrlə məhkəmədə iştirakına qəsdən mane olduğunu bildirir. Məlumata görə, avqustun 21-də Qasımovun həm apellyasiya, həm də Nərimanov Rayon Məhkəməsinə aparılması nəzərdə...

Seçilmiş Videolar

Toplum TV loqo