Siyasət

RSF: "Rejim 'Abzas Media' jurnalistlərini sadəcə öz işlərini gördüklərinə görə cəzalandırır" 

9 Aprel, 2026
134

Açıq mənbə

"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuat azadlığı təşkilatı (RSF) "Abzas Media işi" üzrə Ali Məhkəmənin verdiyi qərarı pisləyən bəyanat yayıb. 

Ali Məhkəmə aprelin 3-də iş üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini əsassız hesab edərək rədd edib. Bununla da, onların barələrindəki uzunmüddətli həbs cəzaları qüvvədə qalıb. 

RSF məhkəmə prosesini "özbaşına və ədalətsiz" adlandırıb.

"Ləyaqətsiz saxlanma şəraiti, özbaşına həbslər və açıq-aşkar ədalətsiz məhkəmə prosesi – Azərbaycan rejimi “Abzas Media” jurnalistlərini sadəcə öz işlərini gördüklərinə görə cəzalandırır. Beynəlxalq ictimaiyyət həbsdə zorakılığa görə cəzasızlıq və ədalətin sistemli şəkildə inkarını qəbul etməməlidir”, - RSF-nin Şərqi Avropa üzrə nümayəndəsi Alena Struj deyib.

RSF insan hüquqları təşkilatlarına və mühacirətdəki media orqanlarına istinad edərək deyir ki, proses ərzində "müstəqil şəkildə ittihamların araşdırılması üçün sübutlara çıxış olmayıb, həmçinin təzyiq altında şübhəli şahid ifadələri əldə edilib və sonradan geri götürülüb". 

"Jurnalistlərin redaksiyada tapıldığı iddia olunan 40 min avronu daşıdıqlarına, gizlətdiklərinə və ya ümumiyyətlə bundan xəbərdar olduqlarına dair heç bir əlamət yoxdur. İttiham tərəfinin işi, əsasən, fərziyyələrə və əlaqələrə əsaslanan ittihamlara söykənir. Konkret sübutların yerinə peşəkar və sosial əlaqələrə istinad olunur. Müşahidəçilər, həmçinin, proses zamanı hakimlərin və prokurorların alçaldıcı davranışlar sərgilədiyini bildirirlər", - bəyanatda deyilir. 

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Komitə: “İqbal Əbilovun işgəncə şikayəti araşdırılmayıb, prokuror məhkəməyə gəlməyib”

16 Sentyabr 2026

sosial media

Sentyabrın 15-də Sabunçu Rayon Məhkəməsində həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun Bakı İstintaq Təcridxanasında fiziki və mənəvi işgəncəyə məruz qalması iddiası ilə bağlı verdiyi şikayətə baxılıb. Bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. Komitənin bildirdiyinə görə, iclasda qarşı tərəfin nümayəndəsi və prokuror iştirak etməyib, şikayət üzrə prokuror tərəfindən araşdırma aparılmayıb. “Əbilovun vəkili Rövşanə Rəhimli bunu əsas gətirərək məhkəmədən növbəti iclasın təyin olunmasını və şikayətin araşdırılmasını istəyib”, - komitə bildirib. İ.Əbilov məhkəmədə hadisələrin necə baş verdiyini danışıb və məhkəmədən Bakı İstintaq Təcridxanasında olduğu müddətdə təhlükəsizliyinin təmin edilməsini istəyib. O, məruz qaldığı rəftarı üzərində talış dilində yazı olan köynək geyinməsi...
Siyasət

“QHT işi”: Hafiz Həsənova 8 il şərti həbs cəzası verilib

16 Sentyabr 2026

sosial media

"QHT işi" üzrə ittiham olunanlardan biri, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hafiz Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib. Dövlət ittihamçısı onun 9...

Seçilmiş Videolar

Toplum TV loqo