Siyasət

SEPAH İranda etirazların “keçən dəfəkindən daha sərt” yatırılacağını bildirib

13 Mart, 2026
130

Foto: AFP

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə ABŞ-İsrail birgə hücumları fonunda baş qaldıra biləcək etirazlarla bağlı xəbərdarlıq edib. 

Qurum martın 12-də verdiyi bəyanatda etirazların ötən dəfəkindən “daha sərt şəkildə yatırılacağını” bildirib. 

Ötən ilin sonunda Tehranda mağaza satıcılarının yerli valyutanın dəyər itirməsinə etirazı ilə başlamış nümayişlər tezliklə ölkəboyu yayılmış və bir neçə həftə davam etmişdi. 

Qərb mətbuatı etirazlar zamanı 30 mindən çox insanın öldürüldüyünü yazsa da, İran hökuməti yalnız 3117 nəfərin öldüyünü iddia edir. 

İran rəsmilərinin izahatına görə, yanvarın 8-ə qədər etirazlar dinc şəraitdə davam edib, lakin həmin gündən etibarən ABŞ və İsrail tərəfindən təlimatlandırılmış xüsusi qruplar dinc etirazçılara atəş açıb və təhlükəsizlik qüvvələri bundan sonra hadisələrə müdaxilə edib. 

SEPAH bəyanatında ABŞ və İsraili “döyüş meydanında məqsədlərinə çatmadıqdan sonra İranda narazılığı təşviq etməyə çalışmaqda” ittiham edib. “Düşmənlər indi qorxu yaymaq və küçə etirazlarını təşviq etməyə cəhd edirlər”, - bəyanatda bildirilib. 

Bu xəbərdarlıq İsrailin baş naziri Benyamin Netanyahunun açıqlamasına cavab olaraq verilib. O həmin gün mətbuat konfransında deyib ki, İsrailin hərbi kampaniyası həm də iranlıların hakimiyyət əleyhinə etiraz etməsi üçün şərait yaratmaq məqsədi daşıyır.

“Biz bunun üçün optimal şərait yaradacağıq, iranlılara küçələrə çıxmaq üçün lazım olan imkanları verməyə çalışacağıq”, - o deyib. 

Fevralın 28-dən etibarən ABŞ və İsrail İrana havadan zərbələr endirir. İran da qarşılığında İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirir. 

Hücumların ilk günündə İranın ali lideri Seyid Əli Xamenei və digər yüksək rütbəli rəsmilər öldürülüb. 

Martın 12-də İranda yeni seçilmiş ali lider Müctəba Xameneinin müraciəti dövlət televiziyasında oxunub. 

O, İranın geri çəkilməyəcəyini deyib və ABŞ bazalarına ev sahibliyi edən ölkələri həmin bazaları bağlamağa çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo