Siyasət

Sosial şəbəkələrdə yaş məhdudiyyəti: Uşaqlara qayğı, yoxsa total nəzarət?

10 Mart, 2026
324

Foto/kollaj: Toplum TV

Azərbaycan prezidenti İlham Əliyev fevralın 27-də sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Qərar uşaqları rəqəmsal mühitdə zərərli məzmunlardan qorumaq məqsədi ilə əsaslandırılıb.

Azərbaycan sosial şəbəkələrə girişi uşaqlar üçün məhdudlaşdırmağa hazırlaşan ilk ölkə deyil.
Ötən ilin dekabrında Avstraliya uşaqlara sosial medianı qadağan edən ilk ölkə adını qazanıb. Qadağaya əsasən, 16 yaşa qədər uşaqlar “Facebook”, “Instagram” və “TikTok” da daxil olmaqla 10 sosial şəbəkə platformasından istifadə edə bilmirlər.

Son bir neçə ayda İspaniya, Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrində də uşaqlar üçün sosial mediaya məhdudiyyət tətbiqi müzakirə olunub. Lakin bu təşəbbüslər hələ qanun kimi qəbul edilməyib. ABŞ-də isə 17 ştatda analoji məhdudiyyətləri nəzərdə tutan qanunlar qəbul olunub. İndoneziya da martın 28-dən başlayaraq “yüksək risk” daşıyan platformalara azyaşlıların girişini məhdudlaşdıracağını elan edib.

Ölkələr bu planları əsaslandırarkən adətən pornoqrafiyadan tutmuş kibercinayətkarlığa qədər müxtəlif təhlükələrə istinad edirlər.

“Hökumət müdaxilə edir ki, valideynlər alqoritmlə idarə olunan bu platforma nəhənglərinə qarşı təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmasın”, - deyə İndoneziyanın rəqəmsal əlaqələr naziri Meutya Hafid qərarı açıqlayarkən bildirib.

Bununla belə, belə qadağaların praktiki olaraq necə tətbiq ediləcəyi bir çox ölkədə sual doğurur.
Qadağanın artıq qüvvədə olduğu Avstraliyada hökumət onun icrasını sosial media şirkətlərinə həvalə edib. Qanunun pozulacağı halda şirkətlər üçün 32 milyon ABŞ dollarına qədər cərimə nəzərdə tutulur. Qadağanı pozacaq uşaqlar və ya valideynlər üçün isə cərimə tətbiq edilmir.
Qadağaya əməl etmək üçün şirkətlər uşaqların platformalara girişini məhdudlaşdırmaq məqsədilə şəxsiyyəti təsdiq edən sənəd tələb edə və ya üz və səs tanıma texnologiyalarından istifadə edə bilərlər.

“Facebook” və “Instagram” platformalarının sahibi olan “Meta” şirkəti Avstraliyada qadağanın qüvvəyə minməsindən sonra bu ölkədə uşaqlara məxsus yarım milyondan çox hesabın bağlandığını açıqlayıb.

Sosial media eksperti Cavid Ağa isə belə məhdudiyyətlərin praktikada tətbiqinin problemli ola biləcəyini deyir.


“Məsələn, üz tanıma funksiyası ilə bağlı problem ondadır ki, platforma ‘körpəsifət’ dediyimiz bəzi insanları azyaşlı kimi tanıya və onların girişini əngəlləyə bilər. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat isə şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı risklər yaradır. Elə insanlar var ki, məlumatlarının böyük şirkətlərin əlinə keçməsini istəmirlər. Digər tərəfdən, şəxsiyyət vəsiqəsi olmayan insanlar da var. Bəs onlar necə qeydiyyatdan keçəcək?” - deyə o bildirib.

Cavid Ağa hesab edir ki, Azərbaycan hökumətinin əsas məqsədi uşaqların təhlükəsizliyini təmin etmək deyil:
“Sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev dövründə də Rusiyadan və Türkiyədən mürtəce qanunlar köçürülərək qəbul olunurdu. Məqsəd vətəndaşların azadlıqlarını daha da məhdudlaşdırmaqdır. Qadağadan yayınmaq istəyənlər isə alternativ yollar tapacaqlar”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo