Siyasət

Nazim Bəydəmirli 8 il müddətinə azadlıqdan məhrum edildi

30 sentyabr, 2024
144

report.az

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Nazim Bəydəmirli səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı onun doqquz il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Nazim Bəydəmirli məhkəmədə son sözlə çıxış edib. O, iqtidara və ya müxalifətə bağlılığı olmadığınıl, müstəqil iqtisadçı olduğunu söyləyib. Keçmiş deputat sadəcə Söyüdlü hadisələrinə biganə qala bilmədiyini vurğulayıb: 

“Söyüdlü hadisələrinə görə yayılan videolar heç də xoş deyildi. Qocalara, yaşlılara qaz sıxmaq, dubinka vurmaq yaxşı deyil. Polis Azərbaycanın dövlət orqanıdır, heç vaxt təhrikedici çıxışlar etməmişəm. Heç DİN-in xəbəri olmadan AzTV-də təşkilatçı kimi təqdim olunmuşam. Bu aylar ərzində nəyin və kimin günahını çəkirəm? Bütün bunlara rəğmən bu həbsi siyasi sifariş olaraq qəbul etməmişəm. Siyasi məhbus ifadəsini yerli və beynəlxalq qurumlar qəbul edir. Bu siyahı ölkəmizə təzyiq kimi istifadə olunur. Adımın da orada olması mənə xoş deyil. Amma mənə dəstək olan hər kəsə minnətdaram”. 

N.Bəydəmirli məhkəmədən ona bəraət verilməsini istədiyini, bunun qarşılığında təzminat tələb etməyəcəyini bildirib. 

“Yazdığım yazı kiminsə xoşuna getməyibsə bu o demək deyil ki, dövlətə qarşı getmişəm. Mən onların hamısını bağışlayıram. Azərbaycanda bir nəfər belə deyə bilməz, inana bilməz ki, Nazim Bəydəmirli bu cinayəti edib. 15 ay ailəmdən kənarda saxlanmağım mənəvi əzab, işgəncədir. Zərrə qədər yazılmamış qanunları belə pozmuş olsaydım, heç kimin üzünə başımı qaldıra bilməzdim”.

Keçmiş deputat ötən il Söyüdlü hadisələrindən az sonra həbs edilmişdi.  Həmin vaxt ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Az sonra sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülmüşdü.

O, ittihamları qəbul etmir.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə həbs edildiyi qənaətindədir. O, yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. 

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həbsdə olan AXCP sədri Maqnitski mükafatına layiq görülüb

6 noyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli 2026-cı il beynəlxalq Maqnitski mükafatına layiq görülüb. Bu barədə mükafatın təşkilatçıları rəsmi saytlarında məlumat yayıblar. Bildirilib ki, Əli Kərimli demokratiya və insan hüquqları uğrunda uzunmüddətli fəaliyyətinə görə “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə qalib elan edilib. “Əli Kərimli uzun illərdir Azərbaycanda demokratik islahatlar, korrupsiyaya qarşı mübarizə və vətəndaş azadlıqlarını müdafiə edən əsas müxalif siyasətçilərdən biridir. Onun həbsinin siyasi motivli olduğu bildirilir, saxlanma şəraiti və səhhətinin pisləşməsi ilə bağlı narahatlıqlar səsləndirilir”, - təşkilatçıların təqdimatında deyilir. Qeyd olunub ki, müxalifət lideri 2025-ci ilin noyabrında həbs edilib. Təşkilatçılar ona qarşı irəli sürülən ittihamların siyasi...
Siyasət

Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib 

6 noyabr 2026

sosial media

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb. APA-nın məlumatına görə, noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi noyabrın 19-da davam etdiriləcək. Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo