Siyasət

Tramp müttəfiq ölkələri tənqid edib: “ABŞ həmişə sizə kömək etməyəcək”

31 Mart, 2026
130

İllüstrasiya: Dado Ruvic

ABŞ prezidenti Donald Tramp ölkəsinə müttəfiq olan dövlətləri tənqid edib. 

O, martın 31-də “Truth Social” platformasında müttəfiq ölkələri İrana qarşı hücumlarda ABŞ-yə kömək etməməkdə ittiham edib. 

“Hörmüz boğazına görə reaktiv yanacaq ala bilməyən bütün ölkələrə, məsələn, İranın başının kəsilməsində iştirak etməkdən imtina edən Birləşmiş Krallığa, bir təklifim var. İlk növbədə, yanacağı ABŞ-dən alın, bizdə çoxdur. İkincisi, bir az gec də olsa cəsarət toplayın, boğaza gedin və yanacağı götürün. Özünüz üçün necə mübarizə aparmağı öyrənməyə başlamalısınız, ABŞ artıq həmişə sizə kömək etməyəcək, necə ki, siz bizə etmədiniz. İran, əslində, məhv edilib. İşin çətin hissəsi bitdi. Gedin öz neftinizi əldə edin!”, - o qeyd edib. 

Tramp bunun ardınca etdiyi paylaşımda isə Fransanı İsrailə hərbi avadanlıqlar daşıyan təyyarələrə hava məkanını bağlamaqda günahlandırıb. “ABŞ bunu xatırlayacaq!”, - o əlavə edib. 

Fransa Trampın iddiası barədə hələ ki açıqlama verməyib. Martın 30-da isə İspaniya hava məkanını ABŞ hərbi təyyarələrinə bağladığını xəbər verib. 

Fevralın 28-dən bəri ABŞ və İsrail İrana qarşı havadan hücumlar həyata keçirir. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirir. 

İran həm də dünya neft tədarükünün 20%-inin aparıldığı Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Tramp İrana boğazın açılması üçün aprelin 6-a qədər vaxt verib, əks halda İranı enerji stansiyalarını bombalamaqla hədələyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo