Foto: Aaron Schwartz
ABŞ prezidenti Donald Tramp İranın ölkəsinə "böyük bir hədiyyə" göndərdiyini deyib.
O, bunu martın 24-də Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
Tramp hədiyyənin konkret nə olduğunu açıqlamasa da, Hörmüz boğazından neft və qaz keçidi ilə bağlı olduğunu əlavə edib.
O bildirib ki, ABŞ münaqişəni bitirmək üçün İranda “lazımi şəxslərlə” danışıq aparır və iranlıların razılığa gəlmək "istəyi çox güclüdür".
Martın 25-də isə "The New York Times" Tramp administrasiyasının Pakistan vasitəsilə İrana 15 maddəlik sülh planı təqdim etdiyini xəbər verib. Pakistan daha öncə iki ölkə arasında danışıqlara ev sahibliyi edə biləcəyini bildirmişdi.
İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə Trampın danışıqlar barədə açıqlamasını təkzib edib.
“Sizin daxili mübarizəniz özünüzlə danışıqlar aparacaq mərhələyə enib? Bizim kimilər heç vaxt sizin kimilərlə yola getməz. Həmişə dediyimiz kimi… Bizdən olan heç kim sizinlə razılığa gəlməyəcək. Nə indi, nə gələcəkdə”, - İranın birgə hərbi komandanlığının ali sözçüsü İbrahim Zolfaqari deyib.
İran rəhbərləri əvvəllər də ABŞ ilə atəşkəs istəmədiklərini və danışıqlara getməyəcəklərini bildiriblər.
Fevralın 28-dən bəri ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir. İran isə qarşılığında İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirir.
Hücumlar nəticəsində İranda 1400-dən çox mülki şəxsin öldüyü bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”