NPR/PBS
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı danışıqlarda iştirak etmək üçün Türkiyəyə gedə bilər.
O, bunu mayın 12-də Ağ Evdə jurnalistlərə deyib.
"Məncə cümə axşamı baş tutacaq görüşdən yaxşı nəticə əldə oluna bilər. Mən bilmirəm həmin gün harada olacağam, çoxlu görüşlərim var, amma düşünürdüm ki, özüm də ora uça bilərəm. Belə bir ehtimal var, əgər düşünsəm ki, nələrsə olacaq", - Tramp deyib.
Mayın 13-də Türkiyədə Ukrayna və Rusiya arasında danışıqların baş tutması gözlənilir.
Ukrayna Prezidenti Volodimir Zelenski görüşdə iştirak edəcəyini deyib, Rusiyanın isə kim tərəfindən təmsil olunacağı bilinmir.
Bu, iki ölkə arasında 2022-ci ilin fevralında müharibə başlayandan bəri ilk birbaşa danışıqlar olacaq.
Tramp 13-16 may aralığında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcək.
Türkiyəyə gedəcəyi halda, bu, onun bu ölkəyə ABŞ Prezidenti kimi ilk rəsmi səfəri olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
UNİCEF