Məhkəmə

Fazil Qasımovun yenidən aclıq aksiyasına başladığı bildirilir

13 May, 2025
106

sosial media

Həbsdə olan iqtisadçı Fazil Qasımovun Penitensiar Xidmətin işçiləri tərəfindən pis rəftara məruz qaldığı və buna etiraz olaraq aclıq aksiya başladığı deyilir.

Bu barədə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi alimin ailəsinə istinadən məlumat yayıb. 

Mərkəz bildirir ki, Penitensiar Xidmətin Umbakı qəsəbəsindəki cəzaçəkmə müəssisəsində saxlanılan Qasımov pis rəftara məruz qalıb və yazdığı şikayət müəssisənin dəftərxanasından “yoxa çıxıb”. 

Mərkəz iqtisadçının ailəsinə istinadən bildirir ki, ona qarşı baş verənlər “məqsədyönlü şəkildə həyata keçirilir və məqsəd Qasımovdan qisas almaqdır”. 

Qasımovun aclıq aksiyasına mayın 10-dan başladığı deyilir.

İqtisadçı ötən il də azadlığa buraxılması üçün aclıq aksiyası keçirib və 6 aydan çox aclıq edib. Onun yaxınları daha əvvəl bildirib ki, iqtisadçı suya bal qarışdırıb qəbul etdiyinə görə orqanizmi aclığa davam gətirə bilib. 

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

İqbal Əbilov son söz üçün məhkəmədən vaxt istəyib

12 May 2025

sosial media

Mayın 12-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində talış tarixinin tədqiqatçısı İqbal Əbilovun ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Məhkəmədə müdafiə tərəfi vətənə xəyanət maddəsi ilə ittiham olunan gənc alimə qarşı heç bir sübutun olmadığını deyib və məhkəmədən onun üçün bəraət istəyib.  Əbilov isə məhkəmədən son sözünü demək üçün vaxt istəyib.  Növbəti məhkəmə prosesi mayın 15-ə təyin olunub. Ötən prosesdə dövlət ittihamçısı İqbal Əbilova 19 il cəza istəyib. Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, Əbilova çıxarılacaq hər hansı hökm “elmin, azad sözün və etnik kimliyin cəzalandırılmasıdır”.  Bəyanatda əlavə olunur ki, Əbilov heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti”...
Məhkəmə

Məhkəmə “Kanal 13”-ün rəhbərini həbsdə saxlayıb

12 May 2025

sosial media

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Mayın 12-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb (APA). Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Orucov ittihamları rədd edib, jurnalist fəaliyyəti ilə bağlı həbs edildiyini bildirib İbtidai istintaqın nəticəsinə əsasən həbsdə olan jurnalistə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo