sosial media
ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun dərhal azadlığa buraxılmasına çağırıb.
Komissiyanın “X” hesabında onun səhhətində problemlər olduğu qeyd olunub.
"Müxalifət lideri Tofiq Yaqublu aclıq aksiyasını dayandırsa da, səhhəti ağır olaraq qalır. Azərbaycan hökuməti həbsdə olduğu müddətcə lazımi tibbi yardım göstərməklə onun salamatlığına təminat verməlidir. O, dərhal və qeyd-şərtsiz azad edilməlidir", - Komissiya bildirib.
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu həbsinə etiraz olaraq aprelin 1-dən aclıq aksiyasına başlamışdı.
Səhhəti kəskin pisləşən Yaqublu qızı Nigar Həzinin xahişi ilə mayın 10-da aksiyanı sonlandırıb.
Mayın 6-da Apellyasiya Məhkəməsi onun ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası mayın 20-də baş tutacaq.
T.Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Özü ittihamları qurama sayır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
UNİCEF