Siyasət

Vardanyan 20 illik həbs hökmündən apellyasiya verməyəcəyini deyir

25 Fevral, 2026
164

Foto: Azərtac

Azərbaycanda həbsdə olan erməni iş adamı, Qarabağdakı keçmiş separatçı qurumda "dövlət naziri" vəzifəsi daşımış Ruben Vardanyan bu yaxınlarda barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verməyəcəyini deyib.

Fevralın 17-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vardanyana 20 il həbs cəzası verilib. 

Vardanyanın apellyasiya verməmək qərarını ailə üzvləri ictimailəşdirib. 

"Bu qərar hökm ilə razılaşmaq demək deyil və müdafiədən imtina mənası daşımır. Bu, əvvəlcədən ədalətlə heç bir əlaqəsi olmayan bir prosesi legitimləşdirməkdən şüurlu şəkildə imtina etməkdir. Dinləmələr zamanı baş verənlər məhkəmə prosesi deyil, səhnələşdirilmiş bir tamaşa idi. İclaslar qapalı şəkildə keçirilib, müstəqil müşahidəçilərin iştirakı qadağan olunub və verilən vəsatətlər nəzərə alınmayıb", - açıqlamada deyilir. 

Buna baxmayaraq, ailə üzvləri iş adamının "beynəlxalq hüquqi mexanizmlər və digər beynəlxalq instansiyalar vasitəsilə ədalət uğrunda mübarizəni" davam etdirəcəyini deyib. 

R.Vardanyan Cinayət Məcəlləsinin təcavüzkar müharibə başlatma, əhalini məcburi köçürmə, terrorçuluq, hakimiyyəti ələ keçirmə də daxil olmaqla 20-dən çox maddəsi üzrə təqsirləndirilirdi. 

O, son sözündə ittihamları bir daha rədd edib, məhkəməni "saxta" adlandırmışdı. 

İş adamı 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub.

Həmin vaxt həbs olunan, separatçı rejimin sabiq liderləri də daxil olmaqla 20-yədək şəxsin məhkəmə prosesi isə ayrılıqda aparılıb. 

Fevralın 5-də baş tutmuş həmin prosesdə məhkəmə erməni məhbuslara 15 ildən başlayaraq ömürlük məhrumetməyə qədər müxtəlif cəzalar verib. 

Azərbaycanda həbsdə olan ermənilərin məsələsi dünya mətbuatında vaxtaşırı gündəmə gətirilir. 

Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibəsində Azərbaycandakı erməni məhbusların "bəşəriyyətə qarşı ağır cinayətlər törətdiyini" deyib və onların azad ediləcəyini istisna edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo