Siyasət

Zahid Orucun əhalinin 94%-inin İlham Əliyevi dəstəklədiyini deyən mərkəzi bağlandı?

27 Fevral, 2026
308

Foto/kollaj: Toplum TV

Fevralın 20-də prezident İlham Əliyevin iki fərmanı ilə 10 dövlət qurumunun müstəqil fəaliyyətinə son qoyulub. 

Bu qurumların arasında Milli Məclisin üzvü Zahid Orucun sədri olduğu Sosial Tədqiqatlar Mərkəzi də var. Qurum fərmanla Medianın İnkişafı Agentliyinə birləşdirilib. 

Fərmanda qeyd olunub ki, bu addımda məqsəd "media və sosial tədqiqatlar sahələrində idarəetmənin təkmilləşdirilməsidir". 

Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ilin fevralında yaradılmışdı. Mərkəzin nizamnaməsində yazılıb ki, mərkəz müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq etməklə ictimai rəyin öyrənilməsini təmin edəcək. 

Sosial Tədqiqatlar Mərkəzi fəaliyyəti dövründə ictimai rəylə bağlı sorğu nəticələri dərc edirdi. Lakin bu sorğularda əhalinin bir qayda olaraq hökumətin fəaliyyətindən və yaşayış səviyyəsindən razı olduğu iddia olunurdu. Müstəqil müşahidəçilər isə sorğuların etibarlılığını şübhə altına alırdı. 

Məsələn, 2022-ci ilin may-avqust aylarında keçirilən rəy sorğusunun nəticələrinə görə, ölkə əhalisinin 94,7%-inin prezident İlham Əliyevə etibar etdiyi bildirilib. 

Fərmandan mərkəzin işçi heyətinin taleyinin necə olacağı, MEDİA daxilində fəaliyyətinə davam edib-etməyəcəyi aydın deyil. 

“Toplum TV” bu suallara Zahid Orucdan cavab ala bilməyib. 

III Respublika Platformasının qurucu üzvü və Xəzər Tədqiqat və Analiz Mərkəzinin direktoru Elman Fəttah deyir ki, Azərbaycanda müstəqil qurumların ictimai rəyi öyrənməsinə icazə verilməsə də, hökumət özü bu işlə məşğul olmağa davam edəcək. 

“Azərbaycanda, ümumiyyətlə, heç vaxt ictimai rəyi müstəqil şəkildə ölçmək mümkün olmayıb. Son 15 ildə də Azərbaycanda heç bir düşüncə mərkəzi, “think-tank”lər yerləşə bilməyiblər. Hamısı çıxarılıb ya da ləğv edilib”, - deyə o qeyd edib.

Elman Fəttah düşünür ki, Sosial Tədqiqatlar Mərkəzinin funksiyalarının bir hissəsini Medianın İnkişafı Agentliyi yerinə yetirəcək, bir hissəsi isə fərmanla yenidən təsis olunan Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinə veriləcək. 

“Düşünmürəm ki, Azərbaycan hakimiyyəti ictimai rəyin ölçülməsinə ehtiyac hiss etmir. Bu, Azərbaycan hakimiyyətinin ən həssas mövzularından biridir. Çünki ölkə performativ legitimlik strukturu əsasında fəaliyyət göstərir. Azərbaycan avtoritarizminin hüquqi baxımdan heç bir legitimliyi yoxdur, yalnız sosial müqavilə və Azərbaycan xalqının susqun razılığı əsasında öz legitimliyini formalaşdıra bilir. Bu baxımdan bu performansın hansı həddə olduğunu daim ölçmək zərurəti var. Bu sahə üzrə də həmişə fəaliyyətini davam etdirəcək”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo