Siyasət

Şarl Mişel Brüssel görüşündən sonra spekulyasiyaların olmasına təəssüf edir

1 İyun, 2022
1722

Rəsmi səhifə

Avropa Şurası Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts Azərbaycan və Ermənistan arasında baş verən son gərginlik fonunda Ş. Mişelin adından bəyanat verib. 

Mayın 31-də Avropa Şurasının rəsmi saytında yayılan mətndə tərəflərin mayın 22-də Brüsseldə əldə olunan bəyanat barədə spekulyasiya etməməsinə dair çağırış yer alıb. 

"Ermənistan və Azərbaycan arasında ötən günlərdə yaşanan gərginlik fonunda Prezident Mişel Avropa Birliyinin Cənubi Qafqazda yaşayan bütün insanların rifahı naminə regionda təhlükəsizliyi, sabitliyi və əmin-amanlığı təşviq etmək üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu vurğulayıb.  

O, mayın 24-də hər iki ölkənin Sərhəd Komissiyalarının ilk tarixi iclasını alqışlayıb və delimitasiya davam etdiriləcəyi üçün Ermənistan və Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Prezident Mişel daha geniş mənada vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin davamlı normallaşması üçün qarşıda duran bütün məsələlərin həlli, o cümlədən gələcək sülh müqaviləsi üzrə müzakirələrin aparılması və münaqişənin köklü səbəblərinin aradan qaldırılması vacibdir. Prezident Mişelin fikrincə, davamlı və ədalətli sülhə şərait yaratmaq üçün birinci Dağlıq Qarabağ müharibəsinə, eləcə də 2020-ci ildə yenidən hərbi əməliyyatlara səbəb olan bütün əsas məsələlər əlaqədar tərəflər tərəfindən həll edilməlidir",  - bəyanatda bildirilib. 

Həmçinin qeyd olunub ki, istənilən münaqişə irsində olduğu kimi - terminologiya bu kontekstdə də xüsusi rol oynayır: "Prezident Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təsdiqi kimi şərh edilməməlidir. Nəhayətdə, ən vacib olan odur ki, bütün məsələlər hərtərəfli həll edilir; bura bütün əhalinin hüquqları və təhlükəsizliyi daxildir.

Mayın 22-də Brüsseldə regionda blokların açılması imkanları xüsusilə müzakirə olunub. Bu mənada hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı heç bir ərazi iddiasının olmadığını təsdiqləyib. Bunun əksi olan spekulyasiyalar təəssüf doğurur".

Bəyanatda o da deyilir ki, Prezident Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai ritorikanın böyük rol oynadığını vurğulayıb: "O, Yerevan və Bakının liderliyini alqışlayıb və danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin təmin edilməsində xoş niyyətlə iştirak etmək niyyətini bəyan edib və AB-nin etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bildirib.

AB-nin xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün yaxın günlərdə bölgəyə səfər edəcək", - deyə bəyanatda qeyd edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb

17 İyun 2026

VOA

Azərbaycan hökuməti bir sıra siyasi fəalların sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb, onlara təzminat ödəməyə razılaşıb.  Bu barədə "Azadlıq Radiosu" xəbər yayıb. Hüquqlarının pozulduğunu iddia edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin rəhbəri Saqif Qurbanov, partiyanın Ali Məclisinin keçmiş sədri Nurəddin Məmmədli, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Arif Əzizzadə, Arifə Hüseynli və Dilarə Miriyeva bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət ediblər.  Şikayətçilər ərizələrində ölkədə dinc toplantıların və etiraz aksiyalarının keçirilməsinə imkan verilmədiyini, bununla bağlı şikayətlərinə isə baxılmadığını bildiriblər. Ərizəçilər məhkəmədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə...
Siyasət

"Human Rights Watch" Azərbaycan hakimiyyətini Rüfət Səfərovu azad etməyə çağırır 

17 İyun 2026

Sosial media

"Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovu azad etməyə çağırıb.  Təşkilat yayımladığı bəyanatda bildirib ki, R.Səfərovun iyunun 12-də səkkiz il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda "artıq ciddi şəkildə məhdudlaşdırılmış vətəndaş cəmiyyəti məkanına vurulan növbəti zərbədir".  Bəyanatda xatırladılır ki, R.Səfərov 2024-cü ilin dekabrında ABŞ-nin Bakıdakı səfirliyindən viza götürdüyü gün həbs edilib. O, həmin viza ilə ABŞ Dövlət katibinin "İnsan Hüquqları Müdafiəçisi Mükafatı"nı almaq üçün Vaşinqtona səfər edəcəkdi.  "Rüfət Səfərovun mühüm beynəlxalq insan hüquqları mükafatını almağa hazırlaşdığı ərəfədə həbs edilməsi bu işin onun insan hüquqları sahəsində fəaliyyətinə görə qisas xarakteri daşıdığına dair ciddi əsaslar...

Seçilmiş Videolar

Toplum TV loqo