Dünya

Avropa Şurası: “Ukrayna 90 milyardlıq krediti özü qaytarmalı olmayacaq” 

24 Aprel, 2026
217

Açıq mənbə

Avropa Şurası Ukraynaya ayrılan 90 milyard avro məbləğindəki kreditin detallarını açıqlayıb. 

Aprelin 23-də dərc olunan pres-relizdə göstərilir ki, kredit hissə-hissə ödəniləcək və ilk hissəsinin bu ilin ikinci rübündə ödənilməsi gözlənilir. Təkcə bu il ümumilikdə 45 milyard avronun verilməsi planlaşdırılır.

“Kredit Ukraynanın 2026 və 2027-ci illərdə ən təcili müdafiə sənayesi potensialı ehtiyaclarını möhkəm şəkildə ödəməyə kömək edəcək”, - deyə qeyd olunub. 

Kreditin maliyyələşməsində Avropa İttifaqına (Aİ) üzv olan 24 ölkə iştirak edəcək. Onların siyahısında Aİ üzvlərindən təkcə Macarıstan, Slovakiya və Çexiya yoxdur. 

Kreditin qaytarılmasından isə Ukrayna cavabdeh olmayacaq. Avropa Şurası bildirir ki, kredit Rusiyanın Ukraynaya ödəməli olduğu təzminatlar hesabına qaytarılacaq. 

Ukrayna üçün kredit ötən ilin dekabrında ayrılsa da, Macarıstanın veto qoyması səbəbilə uzun müddət təsdiqlənmirdi. Aprelin 22-də Aİ səfirləri krediti təsdiqləyiblər. 

Macarıstan baş naziri Viktor Orban bunu Ukraynanın Macarıstana Rusiya qazı daşıyan "Drujba" boru kəmərindən qaz nəqlini dayandırması ilə əsaslandırırdı. Ukrayna isə qaz nəqlində fasilənin dayanmasından cavabdeh olmadığını, borunun Rusiya dronu tərəfindən zədələndiyini deyirdi.

Orban aprelin 12-də keçirilən parlament seçkilərində məğlub olub. Onu əvəz edəcəyi gözlənilən Peter Madyar isə Ukraynaya ayrılan kreditə veto qoymayacağını bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo