Siyasət

AŞPA-da Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə təşəbbüsü olub

31 Oktyabr, 2022
1243

Açıq mənbələrdən götürülüb

Avropa Şurası Parlament Assambleyasının 20 deputatı “Azərbaycanda siyasi məhbusların sayının artması” haqqında qətnamənin qəbulunu təklif edib.

 “Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı təqiblərin artması, siyasi məhbusların sayının artması həyəcan doğurur”, - 13 ölkədən 20 parlamentarinin imzaladığı sənəddə deyilir. "Turan" xəbər verir ki, təşəbbüsçü İtaliyadan olan deputat Mauritsio Bukkarelladır.

Sənəddə jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin Sadıqovun həbsi yada salınır. Hakimiyyət Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Zeynallı və Sadıqovu dərhal azad etmək çağırışına məhəl qoymayıb.

https://toplum.tv/siyaset/avropa-surasi-azerbaycan-uzre-yeni-hemmeruzeci-secib

Bildirilir ki, 2022-ci ilin ortalarında bloger Abid Qafarov uydurma böhtan ittihamı ilə həbs edilib. Müxalifətçi Əli Əliyevə qarşı eyni ittihamla üç cinayət işi başlanıb. 2022-ci ilin mayında bloger Rəşad Ramazanov uydurma ittihamla həbs edilib.

"Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı  işlərə diqqətlə baxmalı və öyrənməlidir", - sənəddə deyilir.

Petisiya müəllifləri hesab edirlər ki, Assambleya Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə və bütün siyasi məhbusları azad etməyə çağırmalıdır.

Qətnamə layihəsinin Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılacağı vaxt hələlik məlum deyil.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo