Siyasət

Siyasi şərhçi: "Bayden oyuna gəlmədiyini kobudluqla nümayiş etdirdi" 

25 Aprel, 2021
1930

Sosial media

“Türkiyə son illər Moskva ilə yaxınlaşmaqdan həm də Vaşinqtona qarşı təzyiq amili kimi istifadə edirdi. Bu siyasət Bayden gələnə qədər effekt verdi, amma artıq potensialını tükədib. Bayden kobudluqla bu oyuna gəlmədiyini nümayiş etdirdi”. 

Bunu siyasi şərhçi Şahin Cəfərli öz “Feysbuk” hesabında yazıb.

Zaur Əkbər: ""F-35" təyyarələri Türkiyəyə verilə bilər"

Zaur Əkbər - Sosial media

“Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər isə deyib ki, Baydenin bu açıqlaması gözlənilən idi: "Bayden administrasiyasına seçki kampaniyasında verdiyi vədin yerinə yetirilməsi ilə bağlı çox güclü təzyiq var. ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı ənənəvi çıxışında soyqırım ifadəsini işlədəcəyi bu baxımdan gözlənilən idi. Belə görünür ki, dünən Baydenin Ərdoğana,  Entoni Blinkenin isə Çavuşoğluya telefon zəngində bu məsələni onlara əvvəlcədən bildirmək və yaxın gələcəkdə bunun əvəzində başqa dividentlərin Türkiyəyə verilməsi müzakirə olunub. Məsələn, Tramp dövründə "F-35" təyyarələrinin Türkiyəyə verilməsinə qoyulan embarqo aradan götürülə bilər”.

Zaur Əkbər Baydenin açıqlamasının Türkiyə ilə razılaşdırılmasına eyham vurur: "Həmişə 24 aprel öncəsi Türkiyə rəsmiləri xəbərdarlıq edirdilər ki, ABŞ administrasiyası ''soyqırımı'' ifadəsini işlədəcəksə, Vaşinqtonla müəyyən sahələr üzrə əməkdaşlığa embarqolar tətbiq ediləcək. Nədənsə, bu dəfə isə belə hallara rast gəlinmir”. 

Baydenin çıxışı ABŞ-Türkiyə münasibətlərində strateji qırılma yaradacaqmı?

Şahin Cəfərli düşünür ki, Vaşinqton və Ankara arasında ciddi problem yaşanmayacaq: “Dünənki telefon danışığında Bayden Ərdoğana “soyqırımı” ifadəsini işlədəcəyini desə də, iyunda NATO-nun zirvə toplantısında ikitərəfli görüş barədə razılığa gəliblər. Bu da onu göstərir ki, münasibətlərdə ciddi problem olmayacaq. Şübhəsiz ki, Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti bir çalar olacaq. Türkiyə XİN-in bununla bağlı rəsmi açıqlaması, Ərdoğanın erməni patriarxına məktubu dövlət ciddiyyətinə uyğun bir mətndir. Ola bilər ki, Vaşinqtondakı səfir də məsləhətləşmələr üçün geri çağırılsın, amma bu hadisə Türkiyənin öz strateji kursuna yenidən baxıb, ABŞ-la əlaqələrini kəsməsinə, NATO-dan uzaqlaşaraq, tutaq ki, Rusiya və ya Çinlə müttəfiqlik qurmasına səbəb olmayacaq. Bunu Vaşinqtonda da bilirlər”. 

"Ərdoğanın xarici siyasətdəki səhvləri..."

Onun sözlərinə görə, Türkiyə dünyada “erməni soyqırımı”nın tanınmasının qarşısını almaq üçün əvvəlki qədər güc və enerji sərf etmir: “Məsələn, 2016-cı ildə Almaniya "erməni soyqırımı”nı tanıdı və bu qərar çox qısa müddət münasibətlərdə problem yaratdı. Türkiyə alman ordusunun "İncirlik" bazasından istifadəsinə müvəqqəti qadağa qoydu, amma qısa müddət sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı, hazırda siyasi, xüsusən də iqtisadi-ticarət əlaqələri yüksək səviyyədə davam edir. Yaxud Rusiyanın “soyqırımı” tanıması və həmin qərarda Türkiyə ərazilərinin "Qərbi Ermənistan" adandırılması, Putinin 100 illikdə İrəvandakı abidəyə əklil qoyması, Rusiyanın PKK-nı terror təşkilatı kimi tanımaması və PYD-YPG-yə Moskvada ofis verməsi Türkiyənin bu ölkə ilə münasibətlərinə nəinki mənfi təsir edib, əksinə, əlaqələrində ciddi inkişaf baş verib”. 

Ş.Cəfərli bu problemləri Türkiyənin parlament idarəetməsindən prezident idarəetməsinə keçməsiylə əlaqələndirir: “Bu iqtidar dönəmində, xüsusən prezident üsul-idarəsi tətbiq olunduqdan sonra Türkiyə diplomatiyası, XİN sistemi bir qədər kənara itələndi, bütün işlər, o cümlədən xarici siyasət tamamilə bir mərkəzdən - prezident sarayından idarə olunmağa başladı. Türkiyənin Amerikanı da, dünyanı da yaxşı tanıyan çoxlu sayda peşəkar diplomatı var. Amma prezident Ərdoğan türk diplomatlarına, ümumilikdə diplomat peşəsinə və onların iş üsullarına çox da etimad etməyən, hər şeyi öz əlində cəmləşdirməyi və qərarları təkbaşına, yaxud çox dar çərçivədə verməyi sevən lider tipidir. Xarici siyasətdə buraxılan səhvlərdən biri də İsrail dövləti və yəhudi icmaları ilə əlaqələrin korlanması oldu. Halbuki ABŞ-dakı İsrail lobbisi Konqresdə erməni və yunan lobbilərinin Türkiyə əleyhinə təşəbbüslərini dəfələrlə əngəlləmişdi. Nəticədə 2019-cu ildə Konqres ilk dəfə “erməni soyqırımı”nı tanıdı”.

Anar Məmmədli: "Çözüm Ermənistan və Türkiyənin qarşılıqlı anlaşmasından asılı olacaq"

Anar Məmmədli - Turan.az

"ABŞ prezidentinin bəyanatında erməni soyqırımı ilə bağlı hazırkı Türkiyə cəmiyyəti, dövləti və hakimiyyətinə yönəlmiş heç bir ifadə yoxdur. Əksinə keçmişin tənqidi, gələcəyə doğru çağırışlar var".

Bunu isə hüquq müdafiəçisi Anar Məmmədli "Feysbuk" hesabında yazıb.

"Nəzərə almaq lazımdır ki, belə sənədlər daha çox siyasi xarakter daşıyır, heç bir hüquqi öhdəlik və məsuliyyət yaratmır. Bunun üçün birinci dünya müharibəsinin iştirakçısı olan dövlətlər o zaman baş vermiş hərbi cinayətlərə dair beynəlxalq məhkəmə  keçirməli idi. Bunu isə 1918-21-ci illərdə həyata keçirmək olardı", - Məmmədli qeyd edib.

O bildirib ki, ümumiyyətlə, bu mövzunun qarşılıqlı ittihamlar olmadan çözümü erməni diasporaları və Ermənistan dövlətinin Türkiyə və onun cəmiyyəti ilə qarşılıqlı anlaşmasından asılı olacaq.

Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi qətliamını "soyqırımı" adlandırıb.

Bayden həmin ifadəni "1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib. O, 1915-ci il hadisələrini "soyqırımı" adlandıran ilk ABŞ prezidentidir. 

“Erməni soyqırımı”nı bugünədək Almaniya, Argentina, Avstriya, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Kipr, Çexiya, Ermənistan, Fransa, Yunanıstan, İtaliya, Liviya, Litva, Livan, Lüksemburq, Hollandiya, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, İsveç, İsveçrə, Suriya, Vatikan, Venesuela, Uruqvay rəsmi şəkildə tanıyıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İrana bağlı olduğu bildirilən haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb

15 Oktyabr 2026

sosial media

İrana bağlı olduğu bildirilən “313 Team” haker qrupu Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı həyata keçirilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qrup hücumun məktəblərdə hicablı qızlara qoyulan məhdudiyyətlərlə əlaqəli olduğunu bildirib. Azərbaycan hakimiyyəti isə hücumun “xarici haker qrupu” tərəfindən həyata keçirildiyini açıqlayıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, hücumlar oktyabrın 13-də, təxminən saat 22:00-dan başlayıb. “Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturunda 100-dən çox dövlət domenini hədəfə alan xarici haker qrupu tərəfindən kiberhücum həyata keçirilib”, - qurumun açıqlamasında deyilir. Rəsmi Bakı hücumun arxasında hansı ölkənin və ya qrupun dayandığını açıqlamayıb. “313 Team” isə oktyabrın 14-də “Telegram”da yaydığı açıqlamada Azərbaycan...
Siyasət

“Hürriyyət”in həbsdə olan baş redaktorunun vəkili: ‘Ürəyindən təcili əməliyyat olunmalıdır’

15 Oktyabr 2026

sosial media

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV” internet televiziyasının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətində ciddi problemlərin yarandığı bildirilir. “Azadlıq Radiosu”nun məlumatına görə, bu barədə oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onun vəkili Rövşanə Rəhimova məlumat verib. Vəkil V.Məmmədovun ev həbsinə buraxılması ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, müvəkkilinin səhhətindəki problemlər qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yaradır. Müdafiəçinin sözlərinə görə, V.Məmmədovun ürəyində təcili cərrahi əməliyyata ehtiyac var: “Onun sağ ayağı, demək olar ki, işləmir”. Vəkil qeyd edib ki, baş redaktor ev həbsinə buraxılarsa, müalicə ala və məhkəmə iclaslarında iştirak edə bilər. Dövlət ittihamçısı vəsatətə etiraz edib. Elmin Rüstəmovun...

Seçilmiş Videolar

Toplum TV loqo