"Tvitter"
Tedros Qebreyesusun "Tvitter"dəki paylaşımı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb.
O, bu barədə öz "Tvitter" hesabında paylaşım edib.
T.Qebreyesus Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yanvarın 31-də keçirilən onlayn Zirvə toplantısında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırdığını bildirmişdi.
Koronavirusa qarşı peyvəndlərə ədalətli çıxışın təmin edilməsi ilə bağlı həmin qətnamə layihəsi Azərbaycan tərəfindən İnsan Hüquqları Şurasında artıq irəli sürüb(AZƏRTAC).
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”