Sosial

Aktivist: "Gəncədə sahibsiz itləri kütləvi şəkildə güllələyirlər"

29 Mart, 2021
3774

Açıq mənbələrdən götürülüb

“Azərbaycan hökuməti sahibsiz itləri kütləvi güllələməkdə davam edir. İtlərin güllələnməsini əks etdirən video səhər saatlarında çəkilib. Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Firudun Sadıqov bir iti güllə ilə vurarkən heyvansevər qadın tərəfindən yaxalanıb”. 

Bu barədə heyvansevər aktivist Kamran Məmmədli  “Feysbuk” hesabında yazıb

O bildirib ki, Azərbaycan hakimiyyəti sahibsiz itlərlə mübarizəni sistemli şəkildə aparır: “Bu etdiklərinə görə ondan hesab tələb etməliyik!”

“Azərbaycanın qəbul etdiyi Avropa Konvensiyasına bu şəkildə təcavüz edilir. Sahibsiz itlər üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hakimiyyətin korrupsiyasının qurbanı olur”, - deyə aktivist qeyd edib. 

Kamran Məmmədli Gəncədə daha əvvəl də heyvanlara qarşı belə halların baş verdiyini vurğulayıb: “Daha öncə heyvansevər aktivistlər Gəncədə baş vermiş bir güllələmə ilə bağlı məhkəməyə müraciət etsələr də, nəticə qərəzli olmuşdu”.

Gəncə Şəhər İcra  Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva “Toplum TV”-yə  deyib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Məhkəmə yağışda evlərini su basan sakinlərin lehinə qərar verib

24 İyul 2026

Xəzər TV

Bir qrup paytaxt sakini yağış yağanda evləri və həyətlərini su basdığına görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə verib.  "Azadlıq Radiosu"nun yazdığına görə, Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan sakinlər sözügedən qurumdan əraziyə kanalizasiya xətti çəkilməsini tələb edib. Onlar ərizələrində bildirib ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər və xətt artıq tamamilə yararsız vəziyyətdədir.  "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur", - ərizədə qeyd olunub.  Bakı İnzibati Məhkəməsi sakinlərin...
Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...

Seçilmiş Videolar

Toplum TV loqo