Sosial Media
Bu gün “Gəncə işi” ilə bağlı həbs edilənlərin yaxınları mətbuat konfransı keçirib.
"Caspian Platform"a toplaşanlar üzərindən 4 il ötməsinə baxmayaraq “Gəncə işi” ilə bağlı ədalətli iş aparılmadığını bildiriblər. Ailələr həbs olunanların şərləndiyini, işgəncələrlə sənədlərə qol çəkdiklərini nəzərə çatdırıblar.
2018-ci ilin iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb.
https://toplum.tv/sosial/gence-mehbusu-gerek-ozume-nese-edem-ki-menimle-maraqlansinlar
Hadisə rəsmilər tərəfindən ilk öncə "kriminal hadisə" kimi qiymətləndirilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.
Bundan sonra iyulun 10-da Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası keçirilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu zaman iki polis əməkdaşı öldürülüb. Hadisələr zamanı dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.
“Gəncə işi” üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib. Yunis Səfərova isə ömürkük həbs cəzası kəsilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”