Siyasət

Yunis Səfərov və daha 11 nəfərin apelyasiya şikayəti təmin olunmadı

15 Aprel, 2022
2604

açıq mənbədən götürülüb

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin apelyasiya şikayəti təmin olunmayıb.

Meydan Tv-nin məlumatına görə, aprelin 15-də Bakı Apelyasiya Məhkəməsi hökmün dəyişdirilmədən qüvvədə saxlanması haqda qərar qəbul edib.

Yunis Səfərov nəhkəmədə çıxış edib və hadisənin baş vermə səbəblərindən danışıb.

O, Gəncədə ənənəvi baş tutan Aşura mərasiminin Elmar Vəliyev gələndən sonra qarşısının polislər tərəfindən alındığını deyib:

“Xalqın yanında olmalı polislər dəyənəklə insanların üstünə düşdülər. Dünyada demək olar, Şimali Koreya istisna olmaqla, ictimai taktika olaraq, müxtəlif məsələlərlə bağlı yürüşlər keçirirlər. Nəyisə dəstəkləyir, nəyəsə etiraz edirlər. Sağlam cəmiyyət üçün yürüşlər normal haldır. Anormal, xəstə, diktaturanın hökm sürdüyü cəmiyyətdə isə yürüşlər hakimiyyət tərəfindən təşkil oluna bilər. Vətəndaşlar öz təşəbbüsü ilə yürüş keçirə bilməzlər. Necə ki, Gəncədə qarşısı alındı”.

Hakim Yunis Səfərovun sözünü kəsməyə çalışıb, lakin o, çıxışına davam edib:

“Xahiş edirəm, məni dinləyəsiz. Mən sizə hadisənin baş vermə səbəbini izah edirəm. Bir dəfə Aşura bazar gününə düşmüşdü. Elmar Vəliyev əmr vermişdi ki, məktəblər işləsin. Bir dəfə şərab tədbiri keçirdi. Bir dəfə şəhərin mərkəzində günorta namazı vaxtı Şah Abbas məscidinin yanından keçirdim. Azan səsi gəlmədi. Məscidə getməyən adamlar üçün bu, sadəcə məlumat ola bilər. Öyrəndim ki, ayaqqabı ilə məscidə daxil olaraq, nalayiq ifadələr işlədib, adamları təhqir edib”.

Təqsirləndirilən şəxs deyib ki, o məscidin yaxınlığında vətənpərvərlik və mübarizə simvoluna çevrilmiş Cavad xanın məqbərəsi vardı, icra başçısı onu sökdürüb:

“Bu məntiqlə İçərişəhəri və Qız Qalasını da söküb yenidən tikmək olar? Axı onların dəyəri elə köhnə daşlardadır. Ona təəccübləmirəm ki Elmar Cavad Xanın məqbəsini sökdürdü. O təəccüblüdür ki, ziyalılar niyə buna susdular, reaksiya vermədilər? İndiyə qədər də bunu anlaya bilmirəm. Burada artıq qanunauyğunluq görürük. Aşuranın qəhrəmanı İmam Hüseyn kimi, Cavad Xan da mübarizə simvolu idi. Ədalətsizliklərə qarşı mübarizə aparırdı”.

“Məni bu addımı atmağa vadar edən Elmarın çirkin əməllərindən çox, məmur özbaşınalığıyla bağlı mövcud durumdur» – Yunis Səfərov əlavə edib. O, qaldığı yerdən danışıb:

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasında Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ömürlük həbs cəzası  verilib.

Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən, lakin təqsirləndirilən şəxs kimi tanınan Anar Bağırov və Ağa Sərxani isə təqsirli sayılsalar da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Komitə: “Əli Kərimliyə qarşı insan ləyaqətini alçaldan rəftar və işgəncə tətbiq olunur”

2 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı hüquq pozuntularının davam etdiyini bildirib.  Avqustun 1-də yayılan bəyanata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimlinin saxlanma şəraiti "məqsədli şəkildə ağırlaşdırılır".  Məlumata görə, partiya sədrinə iki aydır ailəsi ilə telefon danışığı və görüş qadağan olunub. Eyni zamanda onun hələ də psixi problemli şəxslə eyni kamerada saxlanıldığı bildirilir. "Bu şəxs hər gün gecə saat 3-4 radələrində oyanaraq səhərə qədər kamerada səs-küy salır, başını divara vurur, qışqıraraq yatmağa imkan vermir", - deyə əlavə olunub.  Komitənin sözlərinə görə, günün digər vaxtlarında da Ə.Kərimlinin istirahət hüququnu pozan...
Siyasət

Bəhruz Səmədov: "Göz müayinəsi üçün hələ də həkim göndərilmir" 

30 İyul 2026

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov gözündəki problemə baxmayaraq hələ də müayinədən keçmədiyini deyir.  Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə məlumat verib.  Onun sözlərinə görə, 10 gün əvvəl B.Səmədovun uzun müddət əvvəlki çağırışına cavab olaraq müayinə üçün dəri həkimi göndərilib.  "Ekzema adlı dəri xəstəliyindən də əziyyət çəkir. Lakin gözündəki problemlə bağlı da daha öncə həkim istəsə də, hələ də təmin olunmayıb. Dəri həkimi deyib ki, 1-2 günə göz həkimi də gələcək. Lakin hələ də göndərilməyib", - o qeyd edib.  B.Səmədov bununla bağlı Ombudsman Aparatına şikayət etdiyini, hələ də cavab almadığını bildirib.  İyulun 9-da sülh fəalı...

Seçilmiş Videolar

Toplum TV loqo