Sosial

Azərbaycanda e-ticarət: problemlər və onları yaradan səbəblər

24 Fevral, 2021
2008

sosial media

“Pandemiya ilə əlaqədar ötən ildən dünyada elektron ticarət daha da inkişaf etməyə başladı. Bizdə də bu sahəyə ehtiyac yarandı, lakin Azərbaycan digər ölkələrin sürətinə çata bilmədi”.

Marketoloq, brending və dijital marketinq üzrə mütəxəssis Pərviz Əzimov “Toplum TV”-yə belə deyib.

sosial media
Pərviz Əzimov-Sosial media



BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) fevralın 18-nə olan hesabatına görə, Azərbaycan elektron ticarət üzrə əvvəlki illə müqayisədə 2 pillə geriləyərək 152 ölkə arasında 65-ci olub.

UNCTAD reytinqin hazırlanması zamanı ölkədə internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobil ödəniş sistemləri, təhlükəsiz serverlər, internet mağazaların sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti, bağlamaların çatdırılma vaxtı kimi göstəricilər üzrə qiymətləndirmələr aparıb.

"Əsas səbəb ölkədə daşınma xidmətinin zəif olmasıdır"

P. Əzimov deyir ki, Azərbaycan dünya ölkələri ilə müqayisədə geriləsə də, ötən il ölkədə elektron ticarət (e-ticarət) əvvəlki illərə nisbətən daha çox inkişaf edib: “Hesabatda əsas məqam odur ki, Azərbaycan digər ölkələrlə müqayisədə daha zəif inkişaf edib. Amma ölkə daxilində əvvəlki illərlə müqayisə aparsaq, 2020-ci ildə Azərbaycanda elektron ticarət məcburiyyətdən inkişaf etdi. Hətta keçən il Azərbaycanda böyük bizneslərin bir çoxu, xüsusən də pərakəndə satışla məşğul olan bizneslər məhz elektron ticarət hesabına ayaqda qalmağı bacardı”.

Marketoloq e-ticarətin zəif olmasının bir neçə səbəbini də sadalayıb: “Əsas səbəb ölkədə daşınma xidmətinin zəif olmasıdır. Daşınma xidməti üzrə ölkədə ixtisaslaşmış şirkətlər yoxdur. Daxili kuryer və poçt sistemlərinin də vəziyyəti hələ ki ürəkaçan deyil. Bundan başqa, elekton ticarət vasitəsilə xaricdən gətirilən məhsullarının idxalı ilə bağlı gömrük qaydalarına dəyişiklik olunub - qaydalar sərtləşdirilib, limitlər azaldılıb”.

"Daha etibarlı ödəniş təklif edən "bulud” sisteminin Azərbaycanda tətbiq olunmaması, ölkədə güvənli bank sisteminin olmaması da e-ticarətin zəifləməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, bank sistemində üst pillədə Mərkəzi Bank dayanır, deməli, bu məsələdə onun üzərinə böyük yük düşür. Mərkəzi Bank bunun üçün daha yaxşı platforma hazırlayaraq elektron ticarətlə bağlı ödəmələrin edilməsi və ya geri qaytarılması ilə bağlı təkliflər ortaya qoya bilərdi" - Pərviz Əzimov belə deyir.
Onun sözlərinə görə, dünyada elektron ticarət artıq bir mağazanın satış siyasətindən daha çox “marketpleys” məntiqi ilə idarə olunur: ““Marketpleys” odur ki, bir platforma açılır, istəyən burada öz mağazasını yaradır. Xaricdə gördüyümüz “Amazon”, “Trendyol” da bunlardandır. Azərbaycanda belə saytlar yoxdur".

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo