Sosial Media
Türkiyənin İstanbul şəhərində vəfat edən "heykəl məhbusu" Bayram Məmmədovun nəşi bu gün Azərbaycana gətiriləcək.
Bu barədə mayn 8-də onun dostları sosial şəbəkədə xəbər paylaşıblar.
Bildirilir ki, mərhum mayın 9-da Bakıda dəfn olunacaq.
İlkin xəbərlərə görə, B.Məmmədov haqqında mayın 2-dən etibarən xəbər almaq mümkün olmayıb. Onun barəsində axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra öldüyü məlum olub.
Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib. İstanbul sahil polisinin açıqlamasına görə, B. Məmmədov dənizə düşən çəkələyini götürmək üçün suya baş vurub, amma üzə bilmədiyindən boğularaq ölüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar