Sosial

Keçmiş siyasi məhbusun cəsədi dənizdən tapılıb

5 may, 2021
2198

Sosial Media

İctimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədovun cəsədi İstanbulda dənizdən tapılıb.

Bu barədə mayın 5-də onun Türkiyədə yaşayan dostları məlumat yayıb.

İlkin xəbərlərə görə, B.Məmmədov haqqında mayın 2-dən etibarən xəbər almaq mümkün olmayıb. Onun barəsində axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra öldüyü məlum olub.

Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib. Ölüm hadisəsinin təfərrüatları barədə isə hələlik məlumat yoxdur.

B.Məmmədov 2016-cı ilin may ayının 10-da ictimai fəal Qiyas İbrahimovla birlikdə eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “F..ck the system” sözləri yazdıqdan sonra həbs olunmuşdular. Rəsmi açıqlamada B.Məmmədovun və Q.İbrahimovun üzərində və yaşadıqları evlərdə iri həcmdə narkotik (heroin) tapıldığı iddia olunmuşdu. 

Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il müddətinə azadlıqdan məhrum etmişdi. 

“Amnesty International” təşkilatı hər iki fəalın “vicdan məhbusu” adlandırmışdı.
 
İctimai fəallar 2019-cu ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdılar.

Həmin ilin aprelin 2-də yenidən məhkəmə qarşısına çıxarılan və 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilən B.Məmmədov həbsdə olduğu zaman işgəncələrə məruz qaldığını bildirmişdi. 

İctimai fəal 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilməsini və işgəncələrə məruz qalmasını sosial şəbəkələrdə yazdığı siyasi məzmunlu yazılarla əlaqələndirirdi. 

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo