Sosial

Bayram Məmmədovun ölümü Türkiyə parlamentinin gündəliyinə çıxarıldı

17 may, 2021
2773

cumhuriyet.com.tr

Azərbaycanlı ictimai fəal Bayram Məmmədovun bir müddət əvvəl İstanbuldakı şübhəli ölümü ilə əlaqədar olaraq Türkiyə Böyük Millət Məclisində məsələ qaldırılıb. 

Bu barədə mayın 17-də "Cümhuriyyət" qəzeti məlumat verib. 

Bildirilir ki, məsələnin parlamentin gündəliyinə HDP-nin (Xalqları Demokratik Partiyası) İzmir şəhərindən olan deputatı Murad Çepni çıxarıb. Deputat daxili işlər naziri Süleyman Soyluya ünvanladığı suallara cavab verilməsini tələb edib. 

Murad Çepninin açıqlamasında deyilir: 

"Bayram Məmmədov Azərbaycan ictimaiyyətində çox dəstəklənən və bir çox ölkələrdə fəaliyyəti izlənilən insan hüquqları müdafiəçisidir. Azərbaycan mətbuatında çıxan xəbərlər və Polis Departamentinin hadisəni əvvəlcə intihar, sonra da qəza kimi göstərməsi, hadisənin üstünün örtülməsinə çalışıldığı barədə təəssürat yaradır. Məmmədovun ölümü ilə bağlı detallı araşdırmalar aparılaraq şübhələrin aradan qaldırılması və tezliklə hadisənin aydınlaşdırılması zəruridir". 

Mayın 5-də ictimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədovun cəsədi İstanbulda dənizdən tapılıb.

İlkin xəbərlərə görə, B.Məmmədov haqqında mayın 2-dən etibarən xəbər almaq mümkün olmayıb. Onun barəsində axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra öldüyü məlum olub.

Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib. Sahil polisinin açıqlamasına görə, B. Məmmədov dənizə düşən çəkələyini götürmək üçün dənizə baş vurub, amma üzə bilmədiyindən boğularaq ölüb. 

Sonradan Türkiyə polisi fəalın ölümünü "şübhəli ölüm" kateqoriyasına salıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo