Sosial

Elgiz Qəhrəman: "Bakıya qayıtmaq istəyən adam niyə intihar etsin?"

5 may, 2021
3118

Sosial Media

"İstənilən halda təqsirkar Azərbaycan hökumətidir. Öldürülübsə də, onlar öldürüb, intiharda edibsə də, səbəbkar onlardır".

Bunu “Toplum TV”-yə cəsədi İstanbulda dənizdə tapılan Bayram Məmmədovun dostu İnqilab Quliyev deyib.

İctimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədovun cəsədi İstanbulda dənizdən tapılıb.

Bu barədə mayın 5-də onun Türkiyədə yaşayan dostları məlumat yayıb.

B.Məmmədov haqqında mayın 2-dən etibarən xəbər almaq mümkün olmayıb. 

Onun barəsində axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra öldüyü məlum olub. Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib.

İnqilab Quliyev - Sosial Media

İ.Quliyev deyib ki, Bayram Məmmədov səyahət məqsədilə Türkiyəyə gəlib: "Azərbaycandakı siyasi-sosial vəziyyət hamımıza aydındır. Xüsusilə də Bayram kimi tanınmış siyasi aktivistlər üçün mühitin nə qədər ağır olduğunu da bilirik. O, magistr təhsilinə hazırlaşırdı, qəbul da olunmuşdu. Londonda oxuyacaqdı. Biz buradaydıq deyə, səyahətə gəlmişdi. İşləmirdi, sadəcə, dərslərinə hazırlaşırdı. Bir müddət bir yerdə qalsaq da, son bir neçə ayı ona tutduğumuz evdə tək qalırdı, amma daim ünsiyyətdə idik”.

İnqilab Quliyev ölüm hadisəsinin intihar olması ilə bağlı iddiaları və ekspertiza rəyinin də tamamilə əsassız olduğunu deyir. 

Elgiz Qəhrəman - Sosial Media

Yaxın dostu Elgiz Qəhrəman “Toplum TV”-yə deyib ki, Bayram Məmmədovun intihar etməsi inandırıcı görünmür: “Biz Bayramla mütəmadi görüşürdük. Sonuncu dəfə 29 apreldə görüşmüşdük. Ondan sonra da yazışırdıq. Aprelin 29-u Türkiyədə karantin olduğu üçün sonuncu dəfə onda görüşdük. Həmişəki Bayram idi. Təhsili üçün hazırlaşdığına görə sosial şəbəkələrdən uzaqlaşmışdı. Həm də mənə demişdi ki, iki-üç günə Azərbaycana gedəcək. Bakıya qaytmaq istəyən adam niyə intihar etsin?".

"Bayramın yaşadığı yerlə hadisənin baş verdiyi ərazi arasında 15 dəqiqə məsafə var. Maraqlıdır, niyə karantin zamanı polis onu yolda saxlamayıb? Saxlayıbsa, necə olub ki, buraxılıb? İddia olunur ki, boğulduğunu görən olub. Sahil mühafizə xidmətinə xəbər edilsə də, xilas etmək mümkün olmayıb, gecikiblər. Bütün bu suallar hələ də açıq qalır", - Elgiz Qəhrəman belə deyib.

Elçin Sadıqov - Sosial Media

Vəkil Elçin Sadıqov “Toplum TV”-yə bildirib ki, Bayram Məmmədovun nəşinin Azərbaycana gətirilməsi üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb: "Nazirlikdən bizə dedilər ki, konsulluqla danışacaqlar. Tapşırıq veriləcək ki, bu işdə yardım edilsin”.

Vəkil qeyd edib ki, Bayram Məmmədovun nəşi ancaq ekspertizadan sonra Azərbaycana göndərilməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo