Sosial

Ermənistan: "Sərhəddəki böhranı güc yoluyla həll etməyə hazırıq"

19 May, 2021
2029

Sosial Media

"Danışıqlar davam edir, ancaq Yerevan Sünikdəki böhranı güc yoluyla həll etməyə hazırdır".

Bu barədə mayın 19-da Ermənistan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. 

"Sünikdəki danışıqlar davam edir, amma əgər problem sülh yoluyla həll olunmasa, azərbaycanlı hərbçilər qeyri-şərtsiz öz mövqelərinə geri çəkilməsələr, onda Ermənistan Silahlı Qüvvələri problemi sülh digər yollarla, həmçinin güc yolu ilə həll etmək haqqın saxlayır", - deyə nazirliyin press-relizində vurğulanıb. 

Erməni tərəf respublikanın ərazi bütövlüyünə edilən istənilən cəhdin yolverilməz olduğunu və azərbaycanlı hərbçilərin Ermənistan ərazisini tərk etməli olduğunu bildirib. 

Mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrov növbəti dəfə tərəflərə demarkasiya xətlərinin çəkilişində kömək etməyə hazır olduğunu bildirib. 

Azərbaycan və Ermənistan sərhəddindəki Qaragöl bölgəsində gərginlik davam edir. Azərbaycan öz ərazisində demarkasiya xətləri çəkdiyini, erməni tərəf isə ərazi bütövlüyünə qəsd olunduğunu bildirir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo