Sosial

Günəşli sakinləri evsiz qalıb:"Bir mənzil 3-4 adama satılıb"

13 May, 2022
2424

açıq mənbədən götürülüb

Azər Talıbov 2018-ci ildə “Sahil-S” MTK şirkətinin paytaxtın Yeni Günəşli AB massivində inşa etdiyi binadan mənzil alıb. Amma o vaxtdan 4 il keçməsinə baxmayaraq bina hələ də istismara verilməyib.

“Mənzilin ümumi məbləği 61 min manatdır. Bina təhvil verilməyib, artıq 30 min AZN ödəmişəm. 2 ildir şirkət rəhbərliyi bizi yubadır ki, maliyyəmiz yoxdur”, - Azər Talıbov deyir.

Problemsə təkcə yaşayış binasının istismara verilməsi ilə bağlı deyil. Binadan mənzil alanların sözlərinə görə, 165 mənzildən 43-ü 3-4 ailəyə satılıb, yəni konkret sahib yoxdur.

Toplum TV

Azər Talıbovun sözlərinə görə, bunu öyrənəndə bütün ailələr yığışıb “Sahil-S” MTK rəhbərliyindən şikayət edib.

Bundan sonra “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin sədri Taley Alaverdiyev eyni mənzili bir neçə şəxsə satması səbəbindən cinayət məsuliyyətinə cəlb edilib. İstintaq davam edir. Məhkəmə prosesinin nə qədər davam edəcəyi, binanın nə vaxt istismara veriləcəyi hələlik sual altında qalır.

Əlacsız qalan şikayətçilərsə binanı öz hesablarına təmir etməyə çalışırlar. Onlar mənzilin hər kvadrat metrinə 5 manatdan pul yığırlar.

Tikinti şirkətləri niyə dələduzluğu əl atır?

Azərbaycan Rieltorlar Birliyinin sədri, inşaat eksperti Elnur Azadov “Toplum TV”-yə deyir ki, tikinti şirkətləri adətən bu yola maliyyə çatışmazlığı olanda əl atırlar.

“Binanın tikintisini həyata keçirmək, müvəqqəti pul əldə etməkdən ötrü mənzil bir neçə nəfərə satılır. Yaxud da şəriklər arasında pul mənimsəmə halı, problem olur, onlar saxta yolla ikinci möhür əldə edir, satış edirlər”.

Elnur Azadov - ARB

Ekspert qanundakı boşluqların da sahibkarların dələduzluğuna imkan yaratdığını bidlirir: “Məsələn, Vahid Satınalma reyesteri yoxdur. Ədliyyə Nazirliyinin vahid reyesterində müqavilə, etibarnamələr, çıxarışlar əks olunur. Amma inşaatı bitməmiş şirkətin çıxarışı olmadığına görə, tikinti şirkəti müqavilə tərtib edib istənilən sayda adama sata bilər.Tikinti şirkəti müştəridən vəsaiti nağd şəkildə alır, eyni mənzili bir neçə adama bu şəkildə satır. Mülki Məcəllədə 2018-ci ildə edilən dəyişikliyə görə, alqı-satqı müqaviləsi notarial qaydada həyata keçirilə bilər. Amma tikinti şirkətləri alqı-satqını yenə də dolayı yolla həyata keçirirlər. Yəni mülk alan şəxs pulu şirkətə nağd şəkildə verməməlidir, vəsaiti qanuni şəkildə hesaba köçürməlidir”

Ekspertin fikrincə, son 10 illə müqayisədə dələduzluq halları sayı azalsa da, problemlər qalmaqdadır. O, tikinti şirkətləri üçün vahid reyester yaradıldıqdan sonra problemin həllinə, tikinti şirkətlərinin nəzarət altında olacağına ümid edir.

Sosial mediada da zaman- zaman tikinti şirkətlərinin dələduzluğu ilə bağlı şikayətlərə rast gəlmək mümkündür. Məsələn, “Real”MTK, “Sahil-M” MTK, “Karat”, "Mars A MTK" və digərlərinin də adları saxtakarlıqda hallanır.

Baş Prokrorluğun açıqlamasına görə, 2019-2021-ci illər ərzində tikinti (MTK) dələduzluğu ilə bağlı 20-dən artıq iş istintaqı tamamlanaraq məhkəməyə göndərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Azərbaycanda uşaqların sayı azalır 

10 İyun 2025

Foto: açıq mənbə

Azərbaycanda uşaqların sayının azaldığı bildirilir.  Bu barədə məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) Dövlət Statistika Komitəsinə istinadən hazırladığı infoqrafikada öz əksini tapıb.  İnfoqrafikaya əsasən, 1990-cı ildə Azərbaycanda 17 yaşa qədər uşaqlar ölkə əhalisinin 38,5 %-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 26 %-ə düşüb.  1990-cı ildə bu yaş qrupu üzrə əhalinin sayı 2 milyon 780 mindən çox olduğu halda, 2023-cü ildə 5,3 % azalaraq 2 milyon 633 min nəfərə düşüb.  Azalmanın daha çox qız uşaqları hesabına baş verdiyi müşahidə olunur. Oğlan uşaqlarının sayı ötən dövrdə 1,8%, qız uşaqları isə 9% azalıb. İqtisadçı Samir Əliyev bunun səbəbini ümumi nəsilvermə (fertillik) əmsalının...
Sosial

Naxçıvanda 9-u uşaq olmaqla 17 nəfər dönərdən zəhərlənib 

9 İyun 2025

Foto: Azərtac

Naxçıvan şəhərində Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” restoranında 17 nəfər qidadan zəhərlənib.  Bu barədə iyunun 9-da APA Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verib.  Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə deyib ki, 9-u azyaşlı olan 17 nəfər artıq evə buraxılıb.  “Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub”, - o qeyd edib.  Qida...

Seçilmiş Videolar

Toplum TV loqo