Sosial

Kuryerlərin mətbuat konfransı: 2000-dək kuryer "Wolt"u boykot edib 

5 Sentyabr, 2022
2246

Açıq mənbələrdən götürülüb

"Wolt" şirkətinin bir qrup kuryeri sentyabrın 5-i "Caspian Platform"da mətbuat konfransı keçirib.  
 
Konfrans "D18 Hərəkatı"nın işçi masasının təşkilatçılığı ilə baş tutub. 
  
Təşkilatçı Afiəddin Məmmədov deyib ki, onlar əsasən üç tələblə çıxış ediblər: "Birincisi, ikili sifarişlərdə hər sifariş götürüldüyü yerdən, çatdırıldığı yerə hesablansın, ikincisi, hər 100 metr üçün tarif üç qəpikdən altı qəpiyə qaldırılsın, üçüncüsü də, yol xəritəsi "Waze" və ya "Google Maps" kimi dünyaca tanınmış proqramlar olsun". 

Onun sözlərinə görə, kuryerlərin tələbləri yerinə yetirilməyincə etirazlar davam edəcək: "Biz hər gün bölgə-bölgə kuryerlərlə görüşürük, boykotla bağlı ətraflı məlumat veririk. Kuryerlər isə öz növbəsində boykotu davam etdirəcəklərini bildiriblər". 
 
Kuryer Orxan Zeynalov deyir ki, bu il aprelin 21-dən boykota başlayıb: "Bir çox kuryer həmkarlarımız həmin ərəfədə boykota qoşulmadı. Bunun səbəbi Qurban bayramı ilə bağlıydı. Şirkət də öz növbəsində sifarişlərin azlığını bayramla əlaqələndirmişdi. Amma sonradan gördük ki, vəziyyət dəyişmir, əksinə, tariflər aşağı düşür. Əgər biz apreldə qiymətin 1 manat 60 qəpik olmasına görə şirkəti boykot edirdiksə, bu gün tariflər 1 manat 50 qəpiyə düşüb". 

https://toplum.tv/sosial/baki-tikis-evinin-onunde-izdiham-valideynler-etiraz-edirler
 
"Əgər "Wolt"u  restoran kimi təsəvvür etsək, biz o şirkətin ofisiantlarıyıq. Şirkətin inkişaf etməsində əməyi keçən, həyati təhlükə ilə üz-üzə qalan bizlərik. Həyatımız iki təkər üzərindədir. Sual yaranır: bəs mən bir işçi kimi bu şirkət üçün hansı yerdəyəm ki, mənə verilən dəyər ən aşağı səviyyədədir? ", - deyə kuryer bildirib. 
 
Kuryerlərdən İsa Aşumov çatdırılma zamanı istifadə etdikləri nəqliyyata çəkilən xərclərə diqqət çəkib: "Ayda 80 manat təkcə motosikletin yağlanmasına sərf edirik. Bundan başqa, benzin, kontur, sığorta xərclərimiz də var. Nəzərə alsaq ki, kuryerlərin bir çoxu tələbələrdir və onlar həm də qaldıqları kirayə ev üçün də pul qazanmalıdır, gündəlik 17-18 manat qazancla bu xərcləri qarşılamaq absurd görünür". 
 
Kuryerlər şirkət rəhbərliyini ədalətli olmağa çağırıb. Onlar düşünürlər ki, şirkət insan haqlarına qərəzli yanaşır. 
  
Konfransda iştirak edən kuryerlər daşınma haqqının endirilməsinə etiraz əlaməti olaraq digər kuryer yoldaşlarına “Wolt”u boykot etmələrinə çağırış ediblər.  
 
Təşkilatçı Afiəddin Məmmədovun sözlərinə görə, hazırda 2000-dək kuryer "Wolt" şirkətini boykot edib. 
 
"Wolt" yemək daşıma şirkəti 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulub.  
 
Mənzil qərargahı Helsinki şəhərində yerləşir.  
 
Şirkət 2019-cu ildə Azərbaycanda fəaliyyətə başlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo