Multimedia

Şahbaz Quliyevin özünə qəsd etməsinə polis mane oldu 

7 Oktyabr, 2022
2078

Toplum TV

Erməni əsirliyində olmuş Şahbaz Quliyev bu gün, oktyabrın 7-də Prezident Administrasiyası yaxınlığında təkbaşına etiraz aksiyası keçirib. 

Şahbaz Quliyev ona əlillik pensiyasının verilməməsindən şikayətçidir. O, həmçinin Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərara da etiraz edib.

"Mənə deyilib ki, get, Paşinyandan ərizə al, həqiqətən Şuşa həbsxanasında 7 il olmusan. Bunu mən etməli deyiləm. Siz sorğu göndərib ərizə almalısınız.

Mən aylardır dərmanlarla qidalanıram. Vəziyyətim ağırdır", - deyə o əlavə edib.

Polis əməkdaşları Ş. Quliyevi Administrasiya binası önünə buraxmayıblar. 

Şikayətçi etiraz olaraq üzərinə benzin tökmək istəyəndə polis müdaxilə edib, onu xidməti maşına mindirərək uzaqlaşdırıblar.

Azərbaycan vətəndaşı Şahbaz Quliyev və Rusiya vətəndaşı olan Dilqəm Əsgərov 2014-cü ilin 11 iyul tarixində Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.  Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Bakıya gətiriliblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo