Sosial

Neftçalanın həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi vəsaitlər məlum olub

27 Aprel, 2022
2481

DTX - screenshot

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi vəsaitlərin bir qismi məlum olub.

"Report”un məlumatına görə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci ildə keçirilən tenderdə “Master-İnşaat-Servise” MMC qalib gəlib.

Belə ki, icra hakimiyyəti tərəfindən 2017-ci ilin iyul-dekabr aylarında çoxmənzilli yaşayış binalarının təmirinə cəlb olunan 91 nəfər işçi üçün 367 605 (ƏDV ilə birlikdə) manat vəsait keçirilən tenderin qalibi “Master-İnşaat-Servise” MMC-in bank hesabına köçürülüb.

«Bundan başqa, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün 2018-ci ilin yanvar ayında 276 471,04 manat dəyərində keçirilən tender nəticəsində “MASTER-OFİS” MMC qalib gəlib», - məlumatda deyilir.

Daha sonra çoxmənzilli yaşayış binalarının təmirinə cəlb olunan 45 nəfər işçi üçün 276 471,04 (ƏDV ilə birlikdə) manat vəsait “MASTER-OFİS” MMC-in bank hesabına köçürülüb.

Cinayət materiallarına əsasən, Neftçala RİH aparatının saxlanılmasına dövlət büdcəsinin rayon üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin 20 avqust 2017-ci il tarixli yoxlama aktından görünür ki, yoxlama 2011-ci ilin iyul ayından 2017-ci ilin iyul ayına kimi olan dövrü əhatə etməklə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılıb. Yoxlama ilə aşkarlanan 172 97,92 manat məbləğində çatışmazlıq, artıq və əsassız ödənişlərin yoxlamadan sonrakı dövrdə büdcəyə bərpası təmin edilib.

İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo