17 saylı həbsxanada zorakılıq iddiası: "Məhbusun başını qapının arasında sıxıblar"
Toplum TV
Aprelin 30-da 17 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslara qarşı işçilər tərəfindən zorakılıq edildiyi bildirilir.
Bu barədə jurnalist Arzu Abdulla həmin müəssisədə saxlanılan bəzi məhbusların yaxınlarına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, müəssisə əməkdaşları məhbusların saxlanıldığı kameralara daxil olaraq onların "yataqlarını alt-üst edib, termoslarını sındırıb, döşəklərini və pullarını əllərindən alıb aparıblar". İddiaya görə, inanclı fəal Rövşən Cabbarov məhbus yoldaşının pulunu geri istədikdə nəzarətçilər onun başını qapı arasında huşunu itirənədək sıxıblar.
O, R.Cabbarov da daxil olmaqla bir neçə məhbusun döyülərək saçlarının qırxıldığını və cərimə kamerasına salındığını da əlavə edib.
A.Abdullanın "Toplum TV"-yə dediyinə görə, hadisəyə səbəb məhbusların həbsxanada su və sanitar qovşaqla bağlı problemlərə etiraz etməsi olub.
"Məhbuslar deyir ki, hamamdan istifadə edəndə elektrik cərəyanı vurur. 12 saylı Cəzaçəkmə Müəssisəsində ötən yay tavanın iki dəfə çökməsi nəticəsində bir məhbusun ölməsi, bir neçə məhbusun ağır yaralanması, ötən ay 6 saylı Cəzaçəkmə Müəssisəsində bir korpusun tamamilə yanıb sıradan çıxması və digər baş verən hadisələr bir daha sübut edir ki, məhbusların saxlanma şəraitində təhlükəsizliyi təmin edilmir. Bütün bunlara etiraz edən məhbusları müxtəlif bəhanələrlə dəfələrlə karsa salıb, sonra məhbusdan xəlvət məhkəmə qurub Umbakı Pentensiar Kompleksinə və qapalı rejimli başqa həbsxanalara göndərirlər. Haqsızlığa etiraz edən məhbusların ailə ilə görüşünə, telefon danışığına, sovqat almasına müxtəlif yollarla problem yaradırlar", - o qeyd edib.
Jurnalist məhbus ailələrinə istinadən əlavə edir ki, hadisənin baş verdiyi müəssisənin 1-ci korpusunda inanclı fəallar çoxluq təşkil edir və rəis Şəfayət Abbasov və müavini Emin Eminəliyev onlara qarşı "xüsusi qərəz nümayiş etdirir".
Məsələ ilə bağlı cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb