Sosial

Azərbaycanda hər üç nəfərdən yalnız birinin keyfiyyətli içməli su təminatı var

19 Fevral, 2026
333

Foto: president.az

Bir müddət əvvəl prezident İlham Əliyevin yanında keçirilən su müşavirəsində su təsərrüfatına məsul agentliyin rəhbəri bildirmişdi ki, son 20 ildə Azərbaycanda əhalinin azı 73 faizinin fasiləsiz içməli su təminatına nail olunub. Həmin vaxt müstəqil ekspertlər bu rəqəmin reallığını şübhə altına almış və qeyd etmişdilər ki, bunun üçün şəffaf statistika açıqlanmalı, ölkənin hər rayonu üzrə fasiləsiz içməli suya çıxışı olan abonentlərin sayı barədə hesabatlar mütəmadi ictimailəşdirilməlidir.

Dövlət Statistika Komitəsinin yeni açıqladığı “Dayanıqlı İnkişaf Məqsədləri”nə dair statistik icmal da müstəqil ekspertlərin bu məsələdə haqlı olduğunu deməyə əsas verir.

Hesabata görə, yalnız Bakı və Abşeron yarımadasında əhalinin təxminən 70 faizi təhlükəsiz içməli su təchizatı xidmətlərindən istifadə edə bilir. Digər regionlarda isə bu göstərici çox aşağıdır. Məsələn, təhlükəsiz içməli su xidmətlərindən istifadə edənlərin ümumi əhaliyə nisbəti Mil-Muğan regionunda 8,5 faiz, Qazax-Tovuzda 13,6 faiz, Mərkəzi Aranda 16,9 faiz, Lənkəran-Astara bölgəsində 18,2 faiz, Dağlıq Şirvanda 17 faiz, Gəncə-Daşkəsəndə 20 faiz, Şəki-Zaqatalada isə 21 faiz təşkil edir.

Bakı və Abşeron yarımadasında ölkə əhalisinin təxminən 40 faizinin yaşadığını nəzərə alanda bu o deməkdir ki, ümumilikdə Azərbaycan üzrə əhalinin maksimum 30–35 faizi təhlükəsiz içməli su təchizatı xidmətləri ilə əhatə olunub.

Bəs beynəlxalq təcrübədə “təhlükəsiz içməli su təchizatı xidmətlərindən istifadə səviyyəsi” necə ölçülür və fasiləsiz su təminatı ilə bunun əlaqəsi varmı?

Ekspertlərin yanaşmasına görə, bu iki göstərici bir-biri ilə sıx bağlıdır və fasiləsiz su təminatı “təhlükəsiz içməli su təchizatı”nın qiymətləndirilməsində əsas elementlərdən biridir. Göstərici dörd parametr üzrə qiymətləndirilir.

Birinci meyar ərazidə təkmilləşdirilmiş su mənbəyinin mövcudluğudur. Buraya mənzilə birbaşa çəkilmiş boru xətləri, məhəllə kranları, mühafizə olunan bulaqlar, keyfiyyət standartlarına cavab verən qablaşdırılmış suyun çatdırılması daxildir. Əhali bu kanallardan heç biri vasitəsilə su əldə etmirsə, deməli “təkmilləşdirilmiş su mənbəyi”nə çıxışı yoxdur.

İkinci meyar suyun fiziki əlçatanlığıdır. Yəni insanlar suyu ya birbaşa mənzildə, ya da uzaq məsafə qət etmədən mənzilə yaxın yerdə əldə edə bilməlidirlər.

Üçüncü meyar suyun fasiləsiz və müntəzəm əldə olunmasıdır. İnsanlar ehtiyac duyduqları vaxt su əldə edə bilmirlərsə, fasiləsiz təminatdan söhbət gedə bilməz.

Nəhayət, dördüncü meyar suyun keyfiyyətidir. Söhbət tərkibində fekal çirklənmə və birinci dərəcəli kimyəvi çirkləndiricilər olmayan, təhlükəsizlik standartlarına cavab verən içməli sudan gedir.

Diqqətçəkən məqamlar biri də odur ki, Dövlət Statistika Komitəsinin digər hesabatında - ev təsərrüfatlarının büdcə müayinəsində içməli su təchizatına dair açıqlanan rəqəmlər davamlı inkişaf hesabatı ilə ziddiyyət təşkil edir. Həmin sənədə görə, ev təsərrüfatlarının 70 faizi mərkəzləşdirilmiş su sisteminə qoşulub. Mərkəzləşdirilmiş sistemə qoşulmaq isə mənzildə keyfiyyətinə nəzarət olunan suya çıxış deməkdir.

Beləliklə, sadə vətəndaş üçün əsas sual yaranır: eyni qurumun iki fərqli hesabatından hansına inanmaq lazımdır?


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo