Sosial

Rəsmi statistika ilə real vəziyyət arasındakı fərq: Regionlarda əhali niyə azalır?

18 May, 2026
259

Açıq mənbə

Sovetlər Birliyinin dağılmasından ötən 35 ildə Azərbaycanın regionları sürətlə boşalıb. Əhalinin bir hissəsi iş-çörək üçün xarici ölkələrə, böyük bir hissəsi isə Bakı və ətraf ərazilərə köçüb.

Müstəqil ekspertlər bildirirlər ki, rəsmi statistika ölkədə daxili miqrasiyanın uçotunu aparmağa, regionlarda əhalinin real məskunlaşma səviyyəsini ölçməyə maraq göstərməyib. Onlar bunun daha çox siyasi səbəblərdən qaynaqlandığını düşünürlər. Çünki polis orqanları və yerli icra strukturları vasitəsilə əhalinin ölkədaxili hərəkətini izləmək kifayət qədər mümkündür və qonşu Türkiyədə bunun effektiv mexanizmi yaradılıb.

Bəzi ekspertlərin fikrincə, hökumət fərqindədir ki, ölkə əhalisinin paytaxt və ətrafında cəmlənməsi, regionların isə əhali itirməsi uğursuz iqtisadi idarəçiliyin nəticəsidir. Onların qənaətinə görə,  rəsmi statistikanın real rəqəmləri ortaya qoyması dövlət qurumlarının illərdir apardığı “uğurlu iqtisadi siyasət” təbliğatının fiaskoya uğradığını göstərərdi.

Ekspertlərin fikrincə, real statistika həmçinin hökumətin son 20 ildə həyata keçirdiyi beş regional inkişaf proqramının və onların icrası üçün xərclənən milyardlarla manat vəsaitin effektivliyi ilə bağlı suallar doğura bilərdi.

Lakin müxtəlif statistik göstəricilərin təhlili zamanı ortaya çıxan mənzərə Azərbaycanın regionlarının, xüsusilə də cənub rayonlarının əhəmiyyətli miqyasda əhali itkisi ilə üzləşdiyini göstərir.

Belə ki, 2005-ci ildə Yardımlı rayonunda 12 mindən çox şagird olduğu halda, hazırda rayonun orta məktəblərində təhsil alanların sayı təxminən 6 min nəfərdir. Yəni son 20 ildə şagird sayı iki dəfə azalıb.

Oxşar vəziyyət Lerik rayonunda da müşahidə olunur. Belə ki, 20 il əvvəl rayonda 13 minə yaxın orta məktəb şagirdi olduğu halda, hazırda bu göstərici təxminən 5,5 min nəfərdir. Bu isə iki dəfədən artıq azalma deməkdir.

Diqqət çəkən məqamlardan biri də odur ki, 2005-2025-ci illərdə Yardımlıda 11 min, Lerikdə isə 9 min şagird yerlik məktəblər istifadəyə verilib.

Rəqəmlər göstərir ki, hazırda hər iki rayonda təkcə son 20 ildə tikilmiş məktəblərin ümumi şagird tutumu faktiki şagird sayından az qala 2 dəfə çoxdur.  Başqa sözlə, məktəb var, içərisində məktəbli partaları var, amma yarısı boş qalıb.

Ekspertlər hesab edirlər ki, bu vəziyyət regionlarda əhali azalmasının və daxili miqrasiyanın uzunmüddətli təsirlərinin nəzərə alınmaması ilə bağlıdır. Onların fikrincə, hökumət doğru olmayan iqtisadi siyasətinin və regional idarəçilik sisteminin bölgələri sürətlə boşaldacağını hesablaya bilməyib.

Məsələ ondadır ki, rəsmi əhali statistikası hər zaman regionlardakı real məskunlaşma səviyyəsini tam əks etdirməyə bilər. Məsələn, rəsmi demoqrafik məlumatlara əsasən, 2005–2025-ci illərdə Yardımlı rayonunda əhalinin sayı 15 min nəfər və ya 27 faiz artaraq 70 min nəfərə, Lerik rayonunun əhalisi isə 17 min nəfər və ya 25 faiz artaraq 87 min nəfərə çatıb.

Ekspertlərin mövqeyi budur ki, ümumi əhalinin az qala 30 faiz artdığı halda şagird sayının iki dəfədən çox azalması məhz etiraf olunmayan real və böyükmiqyaslı əhali köçünün nəticəsidir. Sadəcə problem ondadır ki, rayonların boşalmasının hansı hissəsinin xarici, hansı hissəsinin isə daxili miqrasiya hesabına baş verdiyi sirr olaraq qalır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo