Süni intellektlə seksual məzmunlu material hazırlayanlar və yayanlar həbs olunacaq
meclis.gov.az
“Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlayanlar və ya yayanlar həbs olunacaq”.
Bu, Milli Məclisin aprelin 21-də keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni - 242-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə edilərək süni intellekt və ya xüsusi proqramlar vasitəsilə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması cinayət sayılacaq. Bu cür materialların mediada və ya internetdə yayılmasına görə üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
APA yazır ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qanunvericiliyə süni intellektlə hazırlanmış vizual materialların nişanlanması ilə bağlı yeni tələb də əlavə olunur. Milli Məclisin martın 17-də keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bu cür foto, video və ya audio materiallar kütləvi nümayiş etdirilərkən onların süni intellekt vasitəsilə hazırlandığını açıq və asanlıqla görünən formada göstərən işarə ilə təmin edilməsi tələb olunur.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 388-3-cü maddəyə görə, bu tələbə əməl etməyən şəxslər 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək. Müzakirələrdən sonra həmin qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”