Sosial

Vətəndaş Avropa Məhkəməsinə məktubu çatmadığına görə "Azərpoçt"u məhkəməyə verib

14 May, 2026
370

Açıq mənbə

Azərbaycan vətəndaşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi məktubun ünvanına çatmamasına görə "Azərpoçt"u məhkəməyə verib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, Sarvan Kərimov adlı vətəndaş Səbail Rayon Məhkəməsinə şikayətində məktubun itməsini təsadüfi saymadığını bildirib. 

"Avropa Məhkəməsinə göndərdiyim şikayət məktubunu dəfələrlə itirməklə pozulmuş hüququmun bu məhkəmədə bərpasının qəsdən qarşısını alıblar. Belə davranış məni beynəlxalq müdafiə imkanından məhrum etmək deməkdir", - şikayətçi məhkəməyə ərizəsində qeyd edib. 

S.Kərimovun sözlərinə görə, "Azərpoçt" məktubları itirdiyini boynuna alıb və ödədiyi rüsumları da geri qaytarıb, lakin bu, qurumu məsuliyyətdən azad etmir.

O, "Azərpoçt"dan maddi və mənəvi zərərə görə 39 min manat təzminat tələb edib. 

"Azərpoçt"un nümayəndəsi isə şikayət məktubunun ünvanına çatdırılmadığını etiraf etsə də, onun təsadüfən itdiyini iddia edib. 

Məhkəmə şikayəti təmin etməyib. 

Azərbaycanda əvvəllər də şikayətçilər və vəkillər Avropa Məhkəməsinə göndərilən məktubların "yoxa çıxdığını" bildiriblər.

Məktubların ünvanına vaxtında çatmaması isə müdafiə hüququ üçün müəyyən olunan müddətin ötürülməsinə səbəb ola bilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo