CNN
Birləşmiş Ştatlar Tehranın nüvə silahı yaratmasının qarşısını almaq üçün 2015-ci ildə ildə imzalanan sazişə qayıtmaq barədə danışıqlara hazır olduğunu bəyan edib.
"Amerikanın Səsi"nin yerli vaxtla fevralın 18-də verdiyi xəbərə görə, ABŞ-ın Dövlət Katibi Entoni Blinken Böyük Britaniya, Fransa və Almaniyadan olan həmkarlarıyla keçirilən video-konfrans zamanı bildirib ki, əgər İran sazişin şərtlərini yerinə yetirməyə dair tam öhdəlik götürsə, Co Bayden administrasiya danışıqlara qayıtmağa hazırdır.
London, Paris və Berlin Co Baydenin İranla diplomatik danışıqlara qayıtmaq fikrini alqışlayıblar. Ancaq İranın xarici işlər naziri Cavad Zərif bəyan edib ki, ilk addımı ABŞ atmalıdır.
"Uydurmalara əl atmaqdansa və məsuliyyəti İranın boynuna qoymaqdansa, Üçlük və Avropa Birliyi öz öhdəliklərini yerinə yetirməli və Trampdan miras alınan İrana qarşı iqtisadi terror siyasətinə son qoyulmasını tələb etməlidirlər. Bizim korrektə ölçülərimiz ABŞ və Üçlük tərəfindən edilən pozuntulara cavab xarakteri daşıyır. Əgər nəticələrdən belə qorxursunuzsa, səbəbləri aradan qaldırın".
Keçmiş prezident Donald Tramp administrasiyası İranla "nüvə sazişi"ndə iştirak etməkdən imtina etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
BBC
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar