Dünya

Angela Merkel II Qarabağ müharibəsindən danışdı

20 Aprel, 2021
1623

Açıq mənbələrdən götürülüb

"Dağlıq Qarabağda olduğu kimi dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman beynəlxalq hüquq normaları işə düşməlidir".

Bunu Almaniya kansleri Angela Merkel aprelin 20-də Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı bildirib.

Merkel münaqişələr zamanı Avropa Şurasının daha vacib rol oynamalı olduğunu da vurğulayıb. Onun fikrincə, birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir.

"Sülhə təhlükə yaranan kimi, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman bu qanunlar tətbiq edilməlidir. Götürək, Dağlıq Qarabağ münaqişəsini. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidirlər", - deyə Almaniya kansleri qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin Azərbaycana 1 milyon rubldan artıq nağd pul aparılmasını qadağan edib

29 Sentyabr 2026

moskvichmag.ru

Rusiya prezidenti Vladimir Putin fiziki şəxslərin, hüquqi şəxslərin və fərdi sahibkarların ölkəsindən Azərbaycan, Tacikistan, Özbəkistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə 1 milyon rubldan artıq nağd rubl çıxarmasını qadağan edib. Bu, sentyabrın 29-da imzalanan prezident fərmanında qeyd olunub. Fərmana əsasən, hökumətin müəyyənləşdirəcəyi hava limanlarından bank çıxarışı və ya Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda nəzərdə tutulan digər sənədlər əsasında 1 milyon rubldan artıq nağd rubl çıxarmaq mümkün olacaq. Aİİ-yə Rusiya ilə yanaşı Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Qadağanın pozulacağı halda vəsait müsadirə ediləcək. Fiziki şəxslərdən 1 milyon rubldan artıq məbləğ, hüquqi şəxslər və fərdi sahibkarlardan isə bütün vəsait alınacaq. Yeni qərarla...
Dünya

Zelenski: “Şimali Koreya Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşır”

29 Sentyabr 2026

forbes.ua

Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşdığını deyib. Zelenski bunu sentyabrın 28-də axşam müraciətində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesabatına istinadən bildirib. Onun sözlərinə görə, hərbçilərin seçilməsi, hazırlığı və sonradan Rusiyaya göndərilməsi prosesi davam edir. Zelenski hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisinin olduğunu da deyib. Ukrayna prezidenti Rusiyanın Şimali Koreyanın yardımının əvəzini texnologiya ilə ödədiyini bildirib. Onun sözlərinə görə, bunun qarşılığında Şimali Koreyada “Şahed” tipli pilotsuz uçuş aparatlarının istehsalı qurulub. “Şər məhz belə yayılır”, - Zelenski qeyd edib. Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsi barədə məlumat ilk dəfə 2024-cü ilin oktyabrında yayılıb. Kreml...

Seçilmiş Videolar

Toplum TV loqo