Reuters
Almaniyanın iki vilayətində keçirilən yerli parlament seçkilərində hakim koalisiyaya daxil olan Xristian Demokratik İttifaq (XDİ) Partiyası ikinci yeri tutub.
TASS-ın martın 15-də verdiyi xəbərə görə, hər iki halda partiya bu regionlarda tarix boyu ən pis nəticəsini göstərib.
Martın 14-də Reynland-Pfaltsda və Baden-Vürtemberqdə seçkilər keçirilib. İlkin nəticələrə görə, XDİ birinci vilayətdə 26% səs toplayıb, bu, 2016-cı ildəki nəticədən 6% azdır. İkinci regiondakı faiz göstəricisi isə (23%) beş il əvvəlki nəticədən 4% azdır.
Baden-Vürtemberqdə birinci yeri 32 faizə yaxın göstərici ilə Yaşıllar Partiyasının tutduğu məlumdur. Üçüncü yerdə seçicilərin 10 faizinin səs verdiyi Almaniya üçün Alternativ (AfD) gəlir.
Reynland-Pfaltsda sosial demokratlar liderdir (34%), AfD 10%, Yaşıllar isə 8% səs toplayıb.
Yanvarda XDİ rəhbərliyində Angela Merkelin yeni varisi seçilib. Partiyanın yeni rəhbəri Şimali Reyn vilayətinin baş naziri Armin Laşet olub.
XDİ qurultayında Laşet bildirib ki, sağçı terroristlərə ölkədə etirazlar və gərginlik törətməyə imkan verməyəcək. O, ötən il koronavirus məhdudiyyətləri səbəbindən Berlində başlayan etiraz aksiyalarını xatırladıb. Laşetin sözlərinə görə, o zaman parlament binasını tutmağa cəhd göstərən kütlənin içində sağ ekstremistlərin təmsilçiləri olub. Laşet sonda Almaniyanı nifrətin bütün təzahürlərindən təmizlənməyə çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
moskvichmag.ru
Zelenski: “Şimali Koreya Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşır”
forbes.ua
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”