Siyasət

Angela Merkel Azərbaycandan rüşvət alan deputatlardan danışıb

20 Aprel, 2021
1701

Les Echos

2018-ci ildə Avropa Şurasında bir qrup Avropa deputatının Azərbaycan tərəfindən rüşvətlə ələ alınması faktları ətrafında qalmaqal yaranıb ("Azərbaycan laundromatı"). Onlar arasında Almaniyalı deputatlar da var idi. Almaniya hakimiyyəti bu işin hallarını araşdırmaq üçün nə edib? Bu sual aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında Almaniya kansleri Angela Merkelə verilib.

"Azərbaycanla bağlı qalmaqal Bundestaqda araşdırılıb, bu, çox xoşagəlməz hadisədir və ətraflı araşdırma tələb edir. Deputatlar Ştets və Linder cəzalandırılıblar. Biz bütün sənədləri tədqiq etmişik və qalmaqala cəlb olunmuş bütün ictimai fiqurlar tənqid edilib", - deyə o, islandiyalı deputat, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Torhildur Sunna Evarsdottirin (Thorhildur Sunna ÆVARSDÓTTIR) sualına cavabda bildirib.

2019-cu ilin martında Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları Komitəsi "Landromatlar: mütəşəkkil cinayətkarlığa, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara cavab" adlı tövsiyələrin də yer aldığı yeni hesabat dərc edib.

2019-cu ilin yanvarında Bundestaq rəhbərliyi deputat Karin Strentsi Azərbaycandan əldə edilmiş xarici gəlirlərin bəyan edilməsinə dair parlament qaydalarını pozduğuna görə cəzalandırıb. 2020-ci ilin yanvarında Frankfurt prokurorluğu Karin Strents və Xristian demokratlar partiyasının keçmiş üzvü Eduard Lintner barəsində araşdırmaya başlayıb.

Strents deputat toxunulmazlığından məhrum edilib, polis isə onun evində axtarış aparıb ("Turan.az").


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Qubad İbadoğlu Almaniyaya gedib

29 Sentyabr 2026

sosial media

İqtisadçı alim Qubad İbadoğlu sentyabrın 29-da Azərbaycanı tərk edərək Almaniyaya gedib. Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqovanın sözlərinə görə, istintaq orqanı onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv olunması barədə qərar qəbul edib. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qərar Q.İbadoğlunun səhhətində yaranan ciddi problemlərlə əlaqədar qəbul edilib. “Qubad İbadoğlu istintaqdan yayınmayacağına dair iltizama imza atıb. Təcili əməliyyat olunması üçün Almaniyaya gedib. Cinayət işi üzrə istintaqın gedişi ilə bağlı hələ yekun qərar yoxdur. Ümid edirik ki, yaxın vaxtlarda işə xitam veriləcək”, - vəkil deyib. Qubad İbadoğlu “Azadlıq” qəzetinə açıqlamasında zərurət yaranarsa, ürəyində açıq əməliyyat olunacağını bildirib. Qubad İbadoğlu 2023-cü...
Siyasət

Rusiyada yaşayan daha bir fəal Azərbaycanda həbs olunub

29 Sentyabr 2026

şəxsi arxivi

Rusiyada yaşayan talış hüquqları fəalı Hafiz İsmayılov Azərbaycanda həbs olunub. Bu barədə "Toplum TV"yə məlumat verən fəal Əli Ağayev bildirib ki, H.İsmayılov bu yaxınlarda atasının ölümünün il mərasimində iştirak etmək üçün Azərbaycana səfər edib və sentyabrın 6-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun sözlərinə görə, həbs barədə yalnız sentyabrın 27-də məlumat almaq mümkün olub. Fəal barəsində həbs qətimkan tədbiri seçildiyi və Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir. Həbs barədə DTX-nin açıqlaması yoxdur.  Ə.Ağayev fəalın həbsini onun sosial mediadakı tənqidi paylaşımları, xüsusilə son illərdə Azərbaycanda talış fəal və...

Seçilmiş Videolar

Toplum TV loqo