Dünya

Bayden Rusiya-Ukrayna müharibəsində ABŞ-ın məqsədlərini açıqlayıb

1 İyun, 2022
2612

açıq mənbədən götürülüb

ABŞ Prezidenti Co Bayden “The New York Times” qəzeti üçün “ABŞ Ukraynada nə edəcək və nə etməyəcək” adlı məqalə yazıb. Burada müəllif Rusiya və Ukrayna arasında gedən müharibədə ABŞ-ın məqsədlərindən danışıb.

Bayden bildirib ki, ABŞ Ukraynaya “savaş meydanında döyüşmək və danışıqlar masası arxasında maksimum güclü mövqe tuta bilmək üçün” yetərincə silah verib.

Eləcə də Vaşinqton Kiyevə müasir raket sistemləri verəcək. Bu zaman prezident vurğulayıb ki, ABŞ “Ukraynanı öz ərazisindən kənara zərbə endirməyə təşviq etməyəcək və ona belə bir imkan yaratmayacaq”.

ABŞ Prezidenti əmin edib ki, ərazi güzəştləri hesabına müharibənin tezliklə bitməsi üçün Ukrayna hökumətinə təzyiq göstərilməyəcək. Baydenin sözlərinə görə, Kiyev və Moskva arasında sülh danışıqları “Rusiyanın bacardıqca çox Ukrayna ərazisini nəzarət altına almaqdan ötrü müharibə aparmaqda davam etməsinə görə” dalana dirənib. 

Məqalədə deyilir ki, ABŞ və müttəfiqləri Ukraynaya silah göndərməkdə, Rusiyaya sanksiya tətbiq etməkdə və NATO-nun şərq cinahını möhkəmləndirməkdə davam edəcəklər. 
Bu zaman Prezident deyib ki, NATO Rusiya ilə savaşmayacaq və RF-nın Ukraynada nüvə silahı tətbiq etmək niyyətində olmasının əlamətlərini müşahidə etmir. 

“Amerikanın məqsədi aydındır: biz təcavüzdən qorunmaq üçün vasitələrə malik olan demokratik, müstəqil, suveren və çiçəklənən Ukrayna görmək istəyirik”, - Bayden bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo