Dünya

Bayden Türkiyənin maneəçiliyinə baxmayaraq, İsveç və Finlandiyanın NATO-ya üzv olacağına əmindir

19 May, 2022
2524

Reuters

Türkiyə hökuməti Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı danışıqların başlamasına mane olub. 

Bu barədə “Financial Times" xəbər verir.

Xəbərə görə, mayın 18-də NATO Finlandiya və İsveçin təqdim etdikləri üzvlük ərizələrini müzakirə etməyi planlaşdırıb. Lakin rəsmi Ankaranın mövqeyinə görə danışıqlar başlamayıb. Çünki Türkiyə açıq şəkildə bəyan edib ki, müzakirələrin başlamasını indi təsdiqləyə bilməz.

NATO-nun Baş katibi Yens Stoltenberqin daha öncə dediyi kimi, Finlandiya və İsveçdən gələn ərizələri ilk həftələrdə nəzərdən keçirməyin mümkünlüyü şübhə yaradır.

Mayın 18-də Stoltenberq Finlandiya və İsveç səfirlərindən bu ölkələrin hərbi alyansa qoşulması üçün ərizələr alıb. Rusiyanın Ukraynaya müdaxiləsi fonunda hər iki ölkə neytral statusundan imtina etmək qərarına gəlib.

Müraciətlərə NATO Şurası tərəfindən baxılacaq və sonra İsveç və Finlandiya arasında üzvlük sazişi alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya edilməlidir. 

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın alyansa qoşulma planlarına müsbət yanaşmadığını bildirib.

Türkiyə hakimiyyəti Finlandiya və İsveçin NATO-ya üzv olacağı təqdirdə bir neçə şərt irəli sürüb. Onların arasında bu ölkələrin PKK-nı terror təşkilatı kimi tanınması, həmçinin 2019-cu ildə Rusiyadan S-400 sistemlərinin alınması ilə əlaqədar Ankaraya tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması da var.

ABŞ Prezidenti Co Bayden isə məsələylə əlaqədar açıqlamasında bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq müraciətləri Türkiyənin maneəçiliyinə baxmayaraq, uğurlu olacaq.

Bayden jurnalistin NATO-nun Türkiyəni İsveç və Finlandiyanın alyansa qoşulmasına etirazını dayandırmağa necə inandıracağı ilə bağlı sualına cavab olaraq, "Düşünürəm ki, yaxşı olacağıq" deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

2 Oktyabr 2026

sosial media

Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Tokionun sanksiya siyahısına Rusiyadan 33 şirkət və 9 fiziki şəxs, həmçinin Türkiyə və BƏƏ-dən 4 şirkət daxil edilib. Yaponiya eyni zamanda Rusiya ilə əlaqəli olduğunu bildirdiyi 35 gəmiyə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sanksiyalara VNIIR-Progress şirkətinin baş direktoru Vladislav Kostin və “Rostex” şirkəti rəhbərinin müavini Dmitri Lelikov da daxil edilib. Yaponiya Rusiyaya qarşı sonuncu sanksiyaları 12 sentyabr 2025-ci ildə, keçmiş baş nazir Şiqeru İşibanın hökuməti dövründə tətbiq etmişdi. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət dövründə isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilməmişdi. Bundan bir müddət əvvəl Böyük Britaniya...
Dünya

“Reuters”: İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır

1 Oktyabr 2026

sosial media

İran ABŞ genişmiqyaslı hərbi hücumları bərpa edərsə, daha sərt və geniş cavab verməyə hazırlaşır. Bu barədə üç yüksəkvəzifəli İran rəsmisi və müzakirələrdən məlumatlı mənbə “Reuters”ə danışıb. Mənbələrin sözlərinə görə, İranın hərbi rəhbərliyi mümkün hədəflərin ABŞ-la əlaqəli obyektlərlə məhdudlaşmamasını, ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və Yaxın Şərqdən kənardakı məkanları da əhatə etməsini nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, prezident Məsud Pezeşkianın ötən həftə Nyu-Yorkdan qayıtmasından sonra Tehranda mümkün cavabın miqyası və vaxtı müzakirə olunur. Hələlik yekun qərar qəbul edilməsə də, planlaşdırmanın intensivləşdiyi bildirilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə baş analitiki Həmidrza Əzizi deyib ki, Tehran ABŞ prezidenti Donald Trampın yeni genişmiqyaslı hərbi...

Seçilmiş Videolar

Toplum TV loqo