Dünya

Ərdoğan: Qərbin təhlükəsizlik sistemi dağılır

6 iyun, 2022
2231

Rəsmi səhifə

"Qərb ölkələri BMT Təhlükəsizlik şurasında islahatların zəruriliyi ilə bağlı Ankaranın fikrini dəstəkləməyə başlayıblar".

"Anadolu" agentliyi xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında Prezident Rəcəb Tayib Ərdoğan söyləyib.

Türkiyə lideri bir daha vurğulayıb ki, Finlandiya və İsveç NATO üzvü olmaq istəyirlərsə, Türkiyənin tələblərini yerinə yetirməlidirlər. Ankara bu ölkələri terrorçu təşkilat kimi tanıdığı PKK-ya loyal münasibətdə təqsirləndirir. 

Ərdoğan Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropada baş verənləri “panika” adlandırıb. “Qərbin öz təhlükəsizliyini və firavanlığını qorumaq məqsədilə yaratdığı sistem dağılır”, - Türkiyə Prezidenti iddia edib. O, Türkiyənin 11 ildir ki, Suriyadan qeyri-leqal miqrasiyanın öhdəsindən gəldiyini də sözlərinə əlavə edib. 

Rəcəb Tayib Ərdoğan daha əvvəl Suriyanın şimalındakı Xalq Özünümüdafiə Dəstələrinə (YPG) qarşı hərbi əməliyyat aparmağa hazır olduqlarını bildirmişdi. Ankara kürd silahlılarından ibarət bu təşkilatı da terrorçu hesab edir.

ABŞ Dövlət katibi Entoni Blinken Türkiyəni yeni hərbi əməliyyatdan çəkinməyə və 2019-cu ildə müəyyən edilən atəşkəs xəttini gözləməyə çağırıb.

Türkiyə 2016-cı ildən Suriyada dörd hərbi əməliyyat keçirib və ölkənin şimalının bir hissəsinə nəzarət edir. Rəsmi Ankara burada 30 km dərinlikdə bufer zona yaratmağı və Suriyadan olan qaçqınları yerləşdirməyi planlaşdırdığını söyləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib

6 noyabr 2026

Foto: Chatgpt

ABŞ-də aralıq seçkilərdən sonra texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. BBC-nin Rus xidməti yazır ki, eniş investorların süni intellektə yatırılan böyük məbləğlərin gəlirliliyi və məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları fonunda baş verib. Noyabrın 5-də ABŞ-nin yüksək texnologiya şirkətlərini birləşdirən “Nasdaq Composite” indeksi 5,5 faizdən çox geriləyib. “Dow Jones”un hesablamasına görə, indeksdə yer alan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,5 trilyon dollar azalıb. Bu rəqəm yalnız süni intellekt şirkətlərinin deyil, “Nasdaq”dakı bütün şirkətlərin dəyər itkisini əhatə edir. Noyabrın 6-da Cənub-Şərqi Asiya və Avropa bazarlarında da eniş davam edib. Avropanın əsas fond indekslərindən biri olan “STOXX 600” səhər saatlarında təxminən 1...
Dünya

Xameneinin müşaviri: “İran özünü Cənubi Qafqazda təhlükəsizliyi qorumaqdan məsul hiss edir”

6 noyabr 2026

açıq mənbə

İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edib. Vilayəti “Ettelaat” qəzetində dərc olunan məqaləsində bildirib ki, İran Rusiyanın regionda iştirakının olub-olmamasından asılı olmayaraq, özünü Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına məsul hesab edir. O, Ermənistan parlamentinin “Tramp marşrutu” (TRIPP) layihəsini təsdiqləməsini və “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı təşəbbüsləri kəskin tənqid edib. Vilayətinin sözlərinə görə, bu layihə Azərbaycanla Naxçıvan arasında Ermənistanın nəzarət-buraxılış məntəqələri olmadan əlaqə yaradılmasını nəzərdə tutur və İran buna qəti şəkildə qarşı çıxır. İranlı rəsmi Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini də tənqid edib, onun son illərdəki addımlarının Ermənistanın...

Seçilmiş Videolar

Toplum TV loqo