Dünya

Fransa XİN: Ukraynanın Avropa Birliyinə üzvlüyü 15-20 il çəkə bilər

23 May, 2022
1745

AFP

Fransa XİN yanında Avropa işləri üzrə dövlət katibi Kleman Bon bildirib ki, Ukraynanın Avropa Birliyinə (AB) üzvlüyü 15-20 il çəkə bilər.

“Əgər biz Ukraynanın AB-yə altı ay, bir il, iki il sonra daxil olacağını desək, yalançı olarıq”, - Bon “Radio J”-yə müsahibəsində deyib. “Bu çox uzun zaman alır və mən bizim illuziya satmağımızı istəmirəm”. Fransalı diplomatın sözlərinə görə, belə yalan sonda ukraynalıların məyusluğu üçün əsas ola bilər.

Fransa prezidenti Emmanuel Makron daha əvvəl bildirmişdi ki, Ukraynanın AB-nin tərkibinə daxil olmasından ötrü çox illər lazım gələ bilər. Makron Ukraynanı öz sıralarında qarşılayacaq “Avropa siyasi birliyinin yeni təşkilatını” yaratmağa çağırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Makronun bu təşəbbüsünü şərh edərkən ölkəsinin AB üzvlüyünə alternativin Rusiya ilə “kompromis” olduğunu vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Aİ Ermənistan mediasına 1,5 milyon avro ayırır 

14 İyul 2025

Foto: açıq mənbə

Brüsseldə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 14-də Avropa Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşüb.  Tərəflər görüşdən sonra yaydıqları birgə bəyanatda Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında “böyüməkdə olan tərəfdaşlığı bir daha vurğulamaq və irəli aparmağa” sadiq qaldıqlarını bildiriblər.  “Prezident Kosta və Prezident von der Leyen Ermənistanın iddialı islahat gündəmini alqışladılar və ölkənin suverenliyinə, ərazi bütövlüyünə və demokratik islahatlarına dəstəklərini ifadə etdilər”, - bəyanatda deyilir.  Bəyanata əsasən, Aİ-nin Ermənistana investisiyalarının həcminin 2,5 milyard avroya çatacağı gözlənilir.  “2024-cü ilin aprelində elan edilmiş 270 milyon avroluq “Dayanıqlılıq və İnkişaf Planı” Aİ-nin Ermənistana ayırdığı...
Dünya

Tixanovskayanın Birləşmiş Keçid Nazirlər Kabineti “terrorçu” təşkilat kimi tanınıb

10 İyul 2025

Foto: AFP/ Getty Images

Belarusda 2022-ci ildə Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya tərəfindən yaradılmış Birləşmiş Keçid Nazirlər Kabineti (UTC) "terrorçu" təşkilat kimi tanınıb.  Bu barədə iyulun 10-da Belarus Baş Prokurorluğu məlumat yayıb . Bildirilir ki, məhkəmə bu qərarı nəzarət orqanının tələbi ilə qəbul edib.  Müdafiə sənayesi kompleksinin struktur bölmələri də “terrorçu” kimi tanınıb və təşkilatın Belarus ərazisində fəaliyyəti qadağan edilib. 2022-ci ilin sentyabrında Birləşmiş Keçid Nazirlər Kabineti “ekstremist birləşmə” kimi tanınmışdı. Tixanovskayanın saytında qeyd edildiyi kimi, Belarusun Birləşmiş Keçid Kabineti ölkədə demokratik keçidi təmin etmək və siyasi böhranı aradan qaldırmaq məqsədilə yaradılmış icra orqanıdır. O, həmçinin müstəqillik, suverenlik və vətəndaş hüquqlarının qorunması üzrə qərarların hazırlanmasına...

Seçilmiş Videolar

Toplum TV loqo