Siyasət

Makron Azərbaycanı ittiham edib, Ermənistanı tək qoymayacaqlarını bildirib

13 Oktyabr, 2022
2402

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalar zamanı “məqsədli təxribatda” ittiham edib.

"Reuters"-in xəbərinə görə, Fransa lideri çıxışı zamanı bildirib ki, Moskva Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmağa çalışır. 

 “Son iki ildə (Ermənistan və Rusiya) sərhədində nə baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, (amma) bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə ediblər, Azərbaycan oyunununda iştirak ediblər və indi nə vaxtsa yaxın olduqları Ermənistanı zəiflətmək üçün geri qayıdıblar. Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir. O, hamımızın sabitliyini pozmaq üçün Qafqazda qarışıqlıq yaratmaq istəyir”, - Makron bildirib. 

https://toplum.tv/siyaset/ilham-eliyev-erazilerin-minalardan-temizlenmesine-30-il-lazimdir

O, əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir (...) Azərbaycan sərhəd boyu bir neçə hücuma keçib. Biz onları qınadıq. Biz erməniləri tək qoymacağıq”.

Makron xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa siyasi birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub. “Bu, yeri gəlmişkən, Ermənistanın baş nazirinə müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”, - deyə Makron qeyd edib.

Qaz tədarükü ilə bağlı saziş imzaladığına görə Aİ-nin Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır. 

“Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışacağam və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”, - deyə Fransa lideri qeyd edib. 

Azərbaycan tərəfi dəfələrlə Fransanı Azərbaycan-Ermənistan münaqişəsində tərəfkeşlikdə ittiham edib. Prezident İlham Əliyev Fransa rəsmilərinin 44 günlük müharibədə tutduğu mövqeyi tənqid etmiş və Fransa erməniləri üçün kompakt yaşadıqları Marsel şəhərində muxtariyyət verməyi təklif etmişdi. 

"Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz”, - deyə İlham Əliyev Fransanı tənqid edərkən bildirmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo