Rəsmi səhifə
Fransa prezidenti Emmanuel Makron Ukraynada baş verənlərə görə ölkəsinin müharibə iqtisadiyyatı dövrünə girdiyini açıqlayıb.
"Fransa dəyişən geosiyasi mühit fonunda 2019-2025-ci illər üçün hərbi proqramlaşdırma qanununa yenidən baxmalıdır" - "France 24" prezidentin çıxışından sitat gətirib.
Söhbət orduya ayrılan xərclərin artırılmasından gedir. Parisin ordu sahəsində siyasətini müəyyən edən sənədi müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi imzalayır.
Makronun sözlərinə görə, Fransa "müharibə iqtisadiyyatı dövrünə girdiyi" üçün müvafiq qanunu nəzərdən keçirməklə bağlı onlara müraciət edib.
Bundan əvvəl məlum olub ki, Makronun seçki koalisiyası "Birgə!" respublikada parlament seçkilərinin birinci turunda Jan-Lyuk Mélenşonun solçu Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) üzərində cüzi fərqlə - təxminən 0,1 faiz - qalib gəlib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
sosial media
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”